Qəzənfər Musa oğlu Cəfərli — həyatı və yaradıcılığı

Şrift
Qəzənfər Musa oğlu Cəfərli — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qəzənfər Musa oğlu Cəfərli — həyatı və yaradıcılığı.

Qəzənfər Musa oğlu Cəfərli 1920-ci ildə Gəncədə bağban ailəsində doğulub. Elə həmin il atası vəfat edib və o, müəllimlik edən qardaşının himayəsində qalıb. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Qəzənfər Cəfərli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub,1941-ci ildə oranı bitirib.

Təhsil aldığı illərdə Bakı məktəblərində müəllim kimi çalışıb. Texnika elmləri namizədi elmi dərəcəsini, dosent elmi adını alıb Böyük Vətən müharibəsi başlanan zaman Qəzənfər Cəfərli Sovet Ordusu sıralarına qatılıb, zenit-topçu hərbi məktəbini bitirərək vzvod komandiri və batareya komandiri kimi Volxov, Leninqrad, Birinci Ukrayna cəbhələrində, Polşa, Çexoslovakiya, Macarıstan və başqa ölkələrdə vuruşub. Sovet Ordusu sıralarında o, əvvəlcə Kommunist Partiyası üzvlüyünə namizəd, 1943-cü ilin aprelindən isə partiyanın üzvü olub Elə həmin illərdə batareyanın partiya təşkilatçısı, polk partiya bürosunun üzvü seçilib.

"Aleksandr Nevski" ordeni və 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni; "Döyüş xidmətlərinə görə", "Leninqradın müdafiəsinə görə", "Praqanın azad edilməsinə görə","1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub. Müharibədən sonra Qəzənfər Cəfərli ordu sıralarından tərxis olunaraq ÜİK(b)P Mərkəzi Komitəsi yanında partiya nəzarəti komissiyasının Azərbaycan SSR üzrə müvəkkil köməkçisi, sonra isə məsul nəzarətçi vəzifəsində işləyib. 1947-ci ilin mayında Azərbaycan KP MK aparatında təlimatçı, sonra isə partiya, həmkarlar ittifaqı və komsomol orqanları şöbəsinin bölmə müdiri vəzifələrinə təyin edilib. Qəzənfər Cəfərli 1949-cu ilin yanvarında Azərbaycan Kommunist Partiyası Dəstəfur (Daşkəsən) Rayon Komitəsinin birinci katibi seçilib.

O, bir il yarımdan çox bu rayona rəhbərlik edib, 1950-ci ilin sentyabr ayında ÜİK(b)P MK yanında Ali Partiya Məktəbində oxumağa gedib. 1953-cü ildə təhsilini bitirdikdən sonra Qəzənfər Cəfərli Azərbaycan KP MK-nın partiya, həmkarlar ittifaqı və komsomol orqanları şöbəsi müdirinin müavini, 1954-cü ilin iyununda isə həmin şöbənin müdiri təyin edilib O, 1957-ci ilin yanvar ayından Azərbaycan KP MK bürosunun üzvü olub, 1958-ci ilin iyul ayında Azərbaycan KP MK katibi seçilib. Qəzənfər Cəfərli 25 mart 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin sədri seçilmişdir.

O, bu vəzifədə həmin ilin noyabrın 25-nə qədər işləyib. 1973-cü ildə, 53 yaşında vəfat edib… RUHU ŞAD OLSUN!!!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗