Sabit Atababa oğlu Orucov — həyatı və yaradıcılığı

Şrift
Sabit Atababa oğlu Orucov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sabit Atababa oğlu Orucov — həyatı və yaradıcılığı.

Sabit Atababa oğlu Orucov 1912-ci il, mayın 30-da Novxanıda doğulub. Orta təhsilini Bakıda alıb, 1929-31-ci illərdə orta məktəbdə dərs deyib, 1931-1936-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxuyub. 1936-1946-cı illərdə S.

Orucov kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olub. "Orconikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş mühəndis vəzifəsində çalışıb. 1946–1947-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947–49-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini-baş mühəndis, 1949–1953 və 1955–1957-ci illərdə SSRİ Neft sənayesi nazirinin müavini, 1957–1959-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959–1962-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi olub. 1962–1965-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərilə məşğul olub, 1965-1972-ci illərdə SSRİ Neft sənayesi nazirinin birinci müavini, 1972–1981-ci illərdə SSRİ-nin qaz sənayesi naziri olub.

S. A. Orucov Xəzər dəniz neft yataqlarında, xüsusilə də Neft Daşlarında neft çıxarılmasına böyük əmək sərf edib.

SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olub. Xüsusilə Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirirdi. SSRİ Neft komitəsinin sədri və dünya neft konqreslərinin sədr müavini seçilib.

"Yüksəkdərinlikli iribloklu dəniz neft buruqları özülləri", "İranın neft sənayesi", "Qaz sənayesi inkişaf yolunda" kimi əsərlərin müəllifidir. Sabit Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilib, SSRİ-nin orden və medalları ilə təltif olunub. 1981-ci il, aprelin 20-də Moskvada vəfat edib və Novodeviçye qəbiristanlığında dəfn olunub.

Bakı şəhərində küçə, Urenqoyda yerləşən qaz hasilatı üzrə istehsalat birliyi, Nadım şəhərində sahilyanı küçə, "Kaspmorneftqazprom" birliyinə məxsus gəmi Sabit Orucovun adını daşıyır. Moskvada həyatının son illərini yaşadığı binanın fasadında xatirə lövhəsi vurulub.(heykəltəraş:L. Petruşin, memar: M.

Katkova). Özbəkistanın Xarəzm vilayətinin Xivə şəhərində S. Orucov adına rusdilli məktəb fəaliyyət göstərir…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗