Mirzə Məhəmməd Zamanbəyli 1 avqust 1860-cı ildə (Azərbaycan Dövlət Arxivinin kameral siya…

Şrift
Mirzə Məhəmməd Zamanbəyli 1 avqust 1860-cı ildə (Azərbaycan Dövlət Arxivinin kameral siya…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirzə Məhəmməd Zamanbəyli 1 avqust 1860-cı ildə (Azərbaycan Dövlət Arxivinin kameral siya….

Mirzə Məhəmməd Zamanbəyli 1 avqust 1860-cı ildə (Azərbaycan Dövlət Arxivinin kameral siyahısına əsasən) Naxçıvanda, Şahbuz kəndində məşhur sərkərdə, Rus-İran müharibələrinin iştirakçısı Zaman Xan Kəngərlinin oğlu Hacı Fərzəli Sultan Kəngərlinin ailəsində doğulub. Fərzəli bəy naxçıvanlılar arasında xeyriyyəçi və maarifçi kimi də tanınıb. Yoxsul və kimsəsiz uşaqların təhsil almasına qayğı göstərib…

… M. M.

Zamanbəyli təhsilini davam etdirmək üçün Qori Müəllimlər Seminariyasına gedib. Görkəmli maarifçi və pedaqoq K. D.

Uşinskinin layihəsi əsasında 1876-cı ildən fəaliyyətə başlayan seminariyanın ilk məzunlarından biri olan M. M. Zamanbəyli ömrünü xalqın maariflənməsinə həsr edib.

Hələ seminariyada təhsil alarkən tanınmış maarifçi və pedaqoq A. O. Çerniyayevskinin siyasi və elmi düşüncələri ilə tanış olub.

M. M. Zamanbəyli maarifçiliklə yanaşı, xeyriyyəçilik xidmətlərini də davam etdirib.

Belə ki, o "Xeyriyyə" cəmiyyətini yaratmaqla mülklərindən əldə etdiyi bütün gəlirləri kimsəsiz və yoxsul ailələrə, uşaqlara paylayıb. Öz vəsaiti hesabına onlarla yeniyetməni Qori Seminariyasına təhsil almağa göndərib. M.

Məhəmməd bəy Şahbuzda məktəb tikdirib, məktəbin maliyyə məsələlərini də öz vəsaiti hesabına həll edib. 1913–1915-ci illərdə İrəvan Müəllimlər Seminariyasında müəllim kimi marifçilik işini davam etdirib. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətini yaradılması üçün mübarizə aparan ziyalılardan biri olub. Cümhuriyyətin Gəncə fəaliyyəti dövründə M.

M. Zamanbəyli Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi maliyyə və xalq maarifi sahəsində şuranın üzvü kimi fəaliyyət göstərib. O, elmi biliyi və pedaqoji təcrübəsini nəzərə alaraq təklif olunan vəzifələrdən imtina edib, yalnız təhsil sahəsində xidmət göstərib.

AXC-nin Gəncə və Bakı dövründə təhsil sistemində, eləcə də ali təhsil sisteminin yaradılmasında öz pedaqoji təcrübəsindən istifadə edib. M. Zamanbəyli 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin təsis edilməsində yaxından iştirak edənlərdən biri olub.

Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra M. M. Zamanbəyli İran dövlətindən sığınacaq istəsə də, onun müraciətləri qeyri-müəyyən səbəblərdən cavabsız qalıb.

Görkəmli xeyriyyəçi və maarifçi 1923-cü ildə vəfat edib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗