Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəlxoran kəndində (hazırkı Ərdə…

Şrift
Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəlxoran kəndində (hazırkı Ərdə…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəlxoran kəndində (hazırkı Ərdə….

Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəlxoran kəndində (hazırkı Ərdəbil ərazisində) fəhlə ailəsində doğulub. 1908-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Əmək fəaliyyətinə 1920-ci ildə Keşlədə başlayıb. 1923-cü ildə fabrik-zavod məktəbinə daxil olub və 1926-cı ildə həmin məktəbi bitirərək Montin adına zavodda tornaçı köməkçisi vəzifəsində işləyib və Sov. İKP üzvlüyünə qəbul edilib.

Qurban Xəlilov 1928-ci ildə Azərbaycan Neft İnstitutuna daxil olub və 1933-cü ildə bitirib. 1932–1935 və 1937-ci illərdə Bakıda S. M.

Kirov adına zavodda mühəndis, sex rəisi işləyib. 1935–1936-cı illərdə Sovet Ordusunda xidmət edib, 1937–1942-ci illərdə leytenant Şmidt, S. M. Kirov, F.

Dzerjinski adına maşınqayırma zavodlarının direktoru, 1942–1945-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin katibi vəzifəsində çalışıb. Qurban Xəlilov "Azneft", "Azərneftkəşfiyyat" birliyinin rəis müavini, tikinti trestinin müdiri, Naxçıvan MSSR-də tikinti idarəsinin rəisi, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin müavini (1945–1955)olub. 1955-ci ildən Bakı Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1956–1958-ci illərdəAzərbaycan SSR yerli sənaye naziri, 1958–1969-cu illərdə Azərbaycan SSR maliyyə naziri olan Qurban Xəlilov 1969–1985-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, paralel olaraq 1970-ci ildən SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifələrində işləyib.

Sov. İKP 24–27-ci qurultaylarının, Azərbaycan Kommunist Partiyasının 13, 14, 19, 22–31-ci qurultaylarının nümayəndəsi olub. 1970–1986-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olub.

Azərbaycan Kommunist Partiyasının 1985-ci ildəki 31-ci qurultayında Mərkəzi Komitənin üzvü seçilib. 1926-cı ildən Sov. İKP-nın üzvü, 1971–1986-cı illərdə Sov.

İKP Mərkəzi Təftiş Komissiyasının üzvü, SSRİ Ali Sovetinin (8–11-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (2, 5–11-ci çağırış) deputatı olub. Qurban Xəlilov 20 mart 2000-ci ildə Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗