Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda doğulub.

Şrift
Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda doğulub..

Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda doğulub. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplomu ilə bitirib (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxuyub (1941-1942, Ü.

Hacıbəyovun sinfi). İlk böyük əsəri fortepiano üçün yazılmış "9 Variasiya"dır. (Ü.

Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) yazıb. Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s.

şeirlərinə roman və mahnılar bəstələyib. Böyük Vətən müharibəsi başlanarkən "Sərhəddən məktub" simfonik balladası və marşlar yazıb. "Şeyx Sənan", "Məhsəti" operaları, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalıb.

1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışıb, musiqi folkloru nümunələrinin toplamasında iştirak edib, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib. Azərbaycan xalq mahnılarını nota alıb, Avropa və rus bəstəkarlarının ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə edib. Şeirləri, pyesi və rəsmləri var.

1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılıb, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilib. 14 oktyabr 1943-cü ildə Naxçıvanda vəfat edib. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Müşkünaz xanımın qəbirlərinin yanındadır…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗