Üzeyir Şabanbəyov — həyatı və yaradıcılığı

Şrift
Üzeyir Şabanbəyov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Üzeyir Şabanbəyov — həyatı və yaradıcılığı.

Üzeyir Şabanbəyov 1902-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində doğulub. 1920-ci ilin aprelində Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının üzvü və 1920-1926-cı illərdə "komsomol"un (kommunist gənclər ittifaqı) üzvü olub. 1920-ci ildə Zaqatalada dördillik ali ibtidai məktəbi bitirib. Üzeyir Şabanbəyov gənc yaşlarından SSRİ Xalq Daxili İşlər Komissarlığında xidmətə cəlb edilib."Çeka"-Birləşmiş Dövlət Siyasi İdarəsi (BDSİ)-NKVD orqanlarında aşağıdakı vəzifələrdə çalışıb: Zaqatala rayon cinayət-istintaq şöbəsinin müstəntiqi; Zaqatala rayon Çeka idarə heyətinin üzvü, katib (1920); Zaqatala dairəsi Çeka Siyasi Bürosunun rəhbəri (1920-1922); Qazax dairəsi Çeka Siyasi Bürosunun rəhbəri (1923); Zaqatala dairəsi Çeka Siyasi Bürosunun rəhbəri (1923-1924); Azərbaycan KP (bolşeviklər) Zaqatala rayon komitəsinin təşkilat şöbəsinin müdiri (1924-1926); Zaqatala Rayon İcraiyyə Komitəsi sədrinin müavini (1926); Azərbaycan SSR BDSİ-nin xüsusi qrupunun rəhbəri (1926-1927); Azərbaycan SSR BDSİ-nin xüsusi idarə rəisi (1927-1929); Azərbaycan SSR BDSİ-nin Şərq şöbəsinin müdiri (1929); BDSİ-nin Gəncə rayon şöbəsinin müdiri (1929-1930); BDSİ-nin Nuxa rayon şöbəsinin müdiri (1930); BDSİ-nin Nuxa-Zaqatala əməliyyat sektorunun müdiri (1930-1931); SSRİ Xalq Komissarları Soveti yanında Birləşmiş Dövlət Siyasi İdarəsinin əməkdaşı (1931-1932); ZSFSR və Zaqafqaziya BDSİ-nin Milis üzrə Xüsusi Müfəttişliyinin rəis müavini (1932-1933); SSRİ Xalq Komissarları Soveti yanında Birləşmiş Dövlət Siyasi İdarəsinin Qazaxıstan SSR üzrə komanda şöbəsinin rəisi; BDSİ-nin Almatı vilayəti şöbəsinin rəis müavini (1933); BDSİ-nin Almatı Regional İdarəsinin rəisi vəzifəsini icra edən (1933-1934); NKVD-nin Almatı vilayəti üzrə idarəsinin rəisi vəzifəsini icra edən (1934-1936).

Üzeyir Şabanbəyov 1936-cı il martın 13-dən 1937-ci il oktyabrın 14-dək NKVD-nin Alma-Ata vilayəti üzrə idarəsinin rəisi olub. Bu dövr onun SSRİ NKVD-nin 30 iyul 1937-ci il tarixli, 00447 saylı əmri ilə yaradılmış NKVD üçlüklərinə üzv olması və Stalin repressiyalarında fəal iştirakı ilə əlamətdar olub. Üzeyir Şabanbəyov 1937-ci il oktyabrın 14-də iş yerində həbs edilib.

Repressiyanın tüğyan etdiyi dövrdə ona qarşı da müxtəlif ittihamlar irəli sürüldü. Günahsız olmasına baxmayaraq, 1939-cu il dekabrın 22-də Qazaxıstan vilayətinin NKVD qoşunlarının hərbi tribunalının hökmü ilə RSFSR Cinayət Məcəlləsinin 17-58-8 və 58-2-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 1942-ci il yanvarın 20-də Maqadan vilayətində həbs düşərgəsində vəfat edib.

Son olaraq qeyd edək ki, o,Azərbaycan SSR Qırmızı Əmək Bayrağı ordeni (1931) və "Qazaxıstanın 15 illiyi" döş nişanı (1935) ilə təltif olunub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗