Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mir Mustafa xan Talış xanı Qara xanın oğlu idi və onun vəfatından sonra Talış xanlığına r….
Mir Mustafa xan Talış xanı Qara xanın oğlu idi və onun vəfatından sonra Talış xanlığına rəhbərlik edib. O, 1747-ci ildə Lənkəranda doğulub. Onun hakimiyyəti dövründə Talış xanlığı xeyli genişlənmiş və möhkəmlənmişdi.
Mir Mustafa xan xarici siyasətdə Rusiyaya meyilli idi. Bir neçə dəfə Sankt-Peterburqa səfir göndərmişdi. İran şahlığı Lənkəranı özünə tabe etmək üçün bir neçə dəfə hücum etmiş, lakin hər dəfə məğlubiyyətə düçar olmuşdu.
Həmin dövrün bir çox tarixçiləri, salnaməçiləri, səyyahları Mir Mustafa xanın Talış xanlığını idarə etməsindən bəhs edərkən onu uzaqgörən diplomat, mahir sərkərdə və siyasətçi kimi xarakterizə ediblər. Onun hakimiyyəti dövründə Lənkərana 3 dəfə (Ağa Məhəmməd şah Qacar və Fətəli şah Qacar) hücum ediblər. Mir Mustafa xanın Rusiayaya göndərdiyi səfir Əsadulla bəy Talışlı 1796-cı il mart ayının 12-də II Yekaterinanın qəbulunda olub və dostluq məktubunu ona çatdırıb.
O isə Talış xanlığının Rusiyaya meylini nəzərə alaraq Mir Mustafa xan Talışlını 1796-cı ildə mart ayının 12-də general-mayor rütbəsi ilə təltif edib. II Yekaterinanın vəfatından sonra hakimiyyətə gələn I Pavel qoşunlarını geri çağırdı. Bundan istifadə edən Qacar yenidən Talış xanlığına hücum etdi.
Lakin, bu hücum uğursuzluqla nəticələndi. 1802-ci ildə Georgiyevsk muqaviləsi ilə Talış xanlığı (Lənkəran xanlığı) Rusiyanın himayəsi altına keçdi. Ağa Məhəmməd şahın vəfatından sonra hakimiyyətə gələn Fətəli şah Qacar da eyni ilə Azərbaycanı özünə tabe etmək istəyirdi. Onun Lənkərana etdiyi hər üç hücum uğursuzluqla nəticələndi.
1812-ci ildə Abbas mirzə Qovanlı-Qacar başda olmaqla İran qoşunu Lənkəran və Ərkivan qalalarını ələ keçirdikdə Mir Mustafa xan yenidən öz diplomatik bacarığından istifadə etdi və rus qoşunlarını köməyə çağırdı. 1813-cü il yanvarın 1-də ruslar Lənkəran qalasını geri qaytara bildilər. I Aleksandr Talış xanı və sərkərdəsi Mir Mustafa xana general-leytenant rütbəsi verdi. Mir Mustafa xan 1814-cü il iyul ayının 26-da Lənkəranda vəfat edib. 105 ildən sonra 1919-cu ildə qəbri sökülub və sümükləri Kərbəlaya aparılıb.
Lənkəran şəhərinin mərkəzi küçələrdən biri Mir Mustafa xanın adını daşıyır. 2007-ci ildə Firudin Əsədovun "Mir Mustafa xan" kitabı çap olunub…
