Şıxəli Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulub.

Şrift
Şıxəli Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Şıxəli Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulub..

Şıxəli Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulub. Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ictimai xadim, filologiya elmləri doktoru, Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967) olan Ş.

Qurbanov Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edib. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib, orden və medallarla təltif olunub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olan bu şəxs təəssüf ki, tarix dərsliklərində qısaca olaraq yalnız Novruz bayramı münasibətilə xatırlanır.

Biz də bu kiçik paylaşımda onu yad etmək istədik. Şıxəli Qurbanovun ilk nəsr əsəri “Telefon zəngləri” hekayəsidir. Bu hekayə ilk dəfə 1963-cü ildə “Kirpi” jurnalında, sonra isə “Əcəb işə düşdük” kitabında,daha sonralar 1968-ci ildə ilk əsərləri cildində çap olunub.

Sonra ”Elmi ezamiyyət”, “Mənə bu da azdır”, “Natiq”, “Balaxanımın dərdi”, “Xaş Məmiş”, “Mən niyə Qorki olmadım?”, “Yaxşılıq”, “Uğursuz başlanğıc”, “İnkubator danaları”, rus dilində nəşr olunan satirik hekayələr kitabında “Mənim qonşumun yuxusu” hekayəsi çap olunur. Şıxəli Qurbanovun çap olunan və tamaşaya qoyulan əsərləri bunlardır: “Əcəb işə düşdük”, “Bahadır və Sona”, “Özümüz bilərik”, “Olmadı elə,oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Sənsiz”, “Sevindik qız axtarır”, “Bitməmiş söhbət” və s. Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olub.

Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Təntənəli şəkildə keçən bayramdan sonra Ş.

Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.

1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölmüş, həkim pəncərədən qaçmışdı. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova bir neçə il əvvəl belə demişdi: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər.

O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar". Şıxəli Qurbanov ölümündən bir gün əvvəl sanki öləcəyini hiss etmişdi.

Belə ki, mayın 24-də-vəfat etdiyi gün Dram Teatrında Şıxəli Qurbanovun «Sənsiz» dramının ictimai baxışı idi. Mayın 23-də Şıxəli Qurbanov son məşqi xaricdən qonaqlar gəldiyinə görə yarımçıq qoyub getməli olmuşdu. Qapıdan çıxanda isə demişdi: “ “Sənsiz”ə baxarsız.

Mənsiz…” RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗