Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Vaxtilə tarixi araşdırmaları ilə diqqət mərkəzində olan və bəzən tənqidlərə məruz qalan İ….
Vaxtilə tarixi araşdırmaları ilə diqqət mərkəzində olan və bəzən tənqidlərə məruz qalan İqrar Əliyev əslində kimdir? O, 14 mart 1924-cü ildə Bakıda doğulub. 18 nömrəli məktəbdə oxuduğu dövrdə Mikayıl Müşfiq və Məmməd Hüseyn Təhmasib ona dərs deyib. 1940–1945-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil alıb. Sonra Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əyani aspiranturasına qəbul olunub.
1949-cu ildə namizədlik, 1961-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə edib, 1981-ci ildə professor elmi adını alıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilən İqrar Əliyev 2001-ci ildə AMEA-nın həqiqi üzvü, 2003-cü ildə isə Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin həqiqi üzvü seçilib. 1 yanvar 1957-ci ildən 17 yanvar 1978-ci ilə qədər Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın qədim dövrü tarixi şöbəsinin müdiri vəzifəsində çalışıb. 1978-2004-cü illərdə həmin institutun direktoru vəzifəsini icra edib. 1945–1974-cü illərdə Bakı Dövlət Universitetində dərs deyib.
İqrar Əliyev uzun müddət Azərbaycan Toponimiya Komissiyasının sədri olub. AMEA-nın "Xəbərlər"inin və Rusiya Elmlər Akademiyasının "Вестник Древней истории" jurnallarının redaksiya heyətlərinin üzvü olub, universitetin Tarix fakültəsi Qiyabi şöbəsinin dekanı, Qiyabi Pedaqoji İnstitutunda Ümumi tarix kafedrasının müdiri vəzifələrini icra edib. Qədim yunan və latın dillərini mükəmməl bilən İqrar Əliyev 1962-ci ildə, elmlər doktoru olduqdan sonra Leninqradda akademik V.
V. Struve və s. rus alimlərinin rəhbərliyi ilə İran filologiyası sahəsində öz biliyini təkmilləşdirib, Yaxın Şərqin bir sıra ölü dillərini-akkad, qədim yəhudi, şummer dillərini öyrənib.
Azərbaycanın qədim tarixi üzrə yeni elmi məktəbin yaradıcılarından biridir və ilk dəfə Qədim Şumer, Assur, Babil, İran və digər Qədim Şərq mənbələrini elmi dövriyəyə cəlb edib. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Midiya tarixini tədqiq edib. Cənubi Azərbaycan və onunla qonşu əyalətlərin sakinlərinin etnik tarixi problemini araşdırıb.
Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq 1960-cı ildə nəşr edilən fundamental "Midiya tarixi" monoqrafiyasını yazıb. Bu əsəri o, 1961-ci ildə Moskvada SSRl Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda doktorluq dissertasiyası kimi müdafiə edib. İ.
Əliyev Azərbaycan Ensiklopediyası Elmi Şurasının üzvü olub. O, 1979-cu ildə nəşr edilmiş "Azərbaycan tarixi"nin müəlliflərindən biridir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə 1993-cü ildə geniş bir dövrü əhatə edən irihəcmli bircildlik "Azərbaycan tarixi" işıq üzü görüb.
Azərbaycan Elmlər Akademiyasında qədim tarix üzrə ilk elmlər doktoru olan İ. Əliyev 150-dən çox nəşr əsərin, о cümlədən, 10 monoqrafiyanın müəllifidir. O, Qəbələ, Şamaxı, Naxçıvan, Ağsu, İsmayıllı, Lənkəran, Astara və s.
rayonlarda arxeoloji abidələrin tədqiq olunmasında bilavasitə iştirak edib. İqrar Həbib oğlu Əliyev 2004-cü il iyunun 11-də Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!
