Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli tarixsevər dostlar! Əksəriyyətinizə məlumdur ki — həyatı və yaradıcılığı.
Dəyərli tarixsevər dostlar! Əksəriyyətinizə məlumdur ki, 1817-1864-cü illər Qafqaz müharibəsinin zirvə nöqtəsi 1859-cu ildə Şeyx Şamilin əsir alınması ilə bağlıdır. Çar hakimiyyəti onun şəxsiyyətinə hörmət və ehtiram göstərirdi.
Üstəlik, başa düşürdülər ki, dağlılara qalib gəlmək başqa, onları itaətdə saxlamaq başqa bir çətin məsələdir. Ona görə də çar avtokratiyası Dağıstanda qalalar tikməyi zəruri hesab edirdi. O dövrün bütün tələblərinə cavab verən ən güclü belə istehkamlardan biri Arani ərazisində (Dağıstanda yer adı) tikilib.
Təsadüfi deyil ki, bu ərazi məhz qala tikintisi üçün seçilib, hər tərəfdən təbiətin özü tərəfindən etibarlı şəkildə qorunur və dağlıq Dağıstanla düzənlik arasında bir növ tranzit yoldur. Qalanın tikintisi 1862–1867-ci illərdə aparılıb. Bina XIX əsrin rus istehkam memarlığının bütün qaydalarına uyğun olaraq ucaldılıb.
Qalanın yaxınlığında park salınmışdı, onun girişində "Əsgər və it gəzdirmək olmaz" sözləri yazılmışdı, çünki, park zabitlər üçün nəzərdə tutulmuşdu. 1871-ci ilin sentyabrında imperator II Aleksandr həmin qalaya gəlir. Xunzax yaylasının girəcəyində onu yaxınlıqdakı kəndlərin sakinləri, qalada isə 15-ci Qafqaz sıra batalyonunun fəxri qarovul dəstəsi və strukturun daxilində yerləşən qarnizonun əməkdaşları qarşılayırlar.
II Aleksandr gecəni çar ailəsinin üzvləri üçün nəzərdə tutulmuş iki mərtəbəli malikanədə qalır. Ertəsi gün isə Botlixə yola düşür. Sovet hakimiyyəti illərində qalada rayon xəstəxanası, "Qoryanka" qızlar məktəbi, uşaq evi, hərbi komissarlıq və digər təşkilatlar yerləşirdi.
Sonralar qala Rusiyanın mədəni irs siyahısına salınıb. 2019-cu ildə qalanın 1 milyard rubl məbləğində yenidən qurulması həyata keçirilib… P. S.
Azərbaycanda hansı qalanın tarixi siz daha çox maraqlandırır? Yazın, araşdıraq, tarixi birlikdə öyrənək!
