Mixail Petroviç Frinovski — həyatı və yaradıcılığı

Şrift
Mixail Petroviç Frinovski — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mixail Petroviç Frinovski — həyatı və yaradıcılığı.

Mixail Petroviç Frinovski 1898-ci ildə Penza quberniyasının Narovçat şəhərində müəllim ailəsində anadan doğulub. Milliyyətcə rusdur. İbtidai təhsilli, 1918-ci ildən ÜK(b)P-nin üzvü olan M.

Frinovski Qırmızı qvardiya qrupuna başçılıq edib, həmkarlar ittifaqında çalışıb. 1919-cu ildə Kommunist Partiyasının xətti ilə Moskva Fövqəladə Komissiyasının Xüsusi şöbəsinin sərəncamına göndərilib, burada Fəal hissə rəisinin köməkçisi olub. Həmin il "Milli mərkəz" hərbi əməliyyatında, anarxistlərin həbs edilməsində və zərərsizləşdirilməsində yaxından iştirak edib.

Daha sonra Ukraynaya ezam olunaraq Belqorod və Kiyev şəhərlərində Fövqəladə Komissiyanın Xüsusi şöbəsinin sədri vəzifələrində çalışıb, Kiyev Fövqəladə Komissiyası Kollegiyasının üzvü olub. Sonrakı dövrlərdə o, Qalisiya ordusunun Xüsusi şöbəsinin rəhbəri, Cənub-Qərb cəbhəsinin Xüsusi şöbəsinin Fəal hissəsinin sədri, Birinci Süvari ordusunun Xüsusi şöbəsinin sədr müavini vəzifələrində işləyib. M.

Frinovski 1921-ci ildə Tyütyunikin dəstəsinin zərərsizləşdirilməsi üzrə səhra qərargahına göndərilib, 1922-ci ilin may ayından ümumi-inzibati hissənin sədri vəzifəsini icra edib, DSİ-nin səlahiyyətli nümayəndəsinin idarəçiliyinin katibi olub və bir sıra hərbi əməliyyatlarda, o cümlədən 1922-ci ilin sentyabrında "Xolodnıy Yar" atamanlarına qarşı və 1925-ci ildə İnquşetiyada milli azadlıq hərəkatının yatırılmasında fəal iştirak edib. Mircəfər Bağırovdan sonra, yəni, 1930-cu il avqustun 6-dən 1933-cü il aprelin 3-nə qədər Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri vəzifəsində çalışıb Azərbaycanda işlədiyi dövr ərzində sovet hakimiyyətinə qarşı xalq hərəkatlarının zorakılıqla yatırılmasında fəal iştirak edib. Ondan sonra Azərbaycanda bu vəzifəni Aleksey Aqrba icra edib (1933-1934).

M. P. Frinovski 1940-cı ildə Moskvada vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗