Nigar Səfərəli qızı Vəlibəyova — həyatı və yaradıcılığı

Şrift
Nigar Səfərəli qızı Vəlibəyova — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Nigar Səfərəli qızı Vəlibəyova — həyatı və yaradıcılığı.

Nigar Səfərəli qızı Vəlibəyova 1897-ci ildə Bakı şəhərində doğulub. 1902-ci ildə atası Səfərəli bəy Vəlibəyov vəfat etdiyi üçün yaxın qohumu (bibisi oğlu) Süleyman Sani Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanılıb. "Müqəddəs Nina" adına Bakı Qadın Gimnaziyasını qızıl medalla bitirdiyi üçün, onu 1910-cu ildə Bakıda açılmış üçüncü rus-tatar qızlar məktəbinə müəllim təyin ediblər. Nigar Vəlibəyovaya 1912-ci ilin iyul ayında verilmiş və Milli Azərbaycan Tarixi Muzeyin Sənədli mənbələr fondunda mühafizə edilən şəhadətnamə və attestatında Bakı "Müqəddəs Nina" Qadın gimnaziyasının 7-ci sinfini əla qiymətlə bitirməsi qeyd edilir. 5 iyun 1912-ci ildə verilmiş 344 №-li şəhadətnamədə isə "Bakı "Müqəddəs Nina" Qadın Məktəbinin ümumi kursunu bitirən Nigar Vəlibəyovanın əlavə ixtisas olaraq riyaziyyatı öyrənmək üçün VIII əlavə sinfinə daxil olub fərqlənmə ilə bitirməsi haqqında məlumat verilir.

Qiymət cədvəlində bütün qiymətləri əladır. Sənədi məktəbin müdiriyyəti və Pedaqoji Şuranın üzvləri imzalamışdı. 2-ci vərəqin arxasına vurulan ştampda yazılırdı: "Şəhadətnamə 1912-ci il avqustun 2-də ev mürəbbiyəsi kursunu bitirən N.

Vəlibəyovaya verilmişdir". O, alman dili, rəsm və psixologiya elmlərini və fransız dilini mükəmməl öyrənib və bu yüksək nəticəyə görə Qızıl Xaç mükafatına layiq görülüb. Nigar xanım pedaqogika, didaktika, gigiyena və təbiət tarixini müvəffəqiyyətlə öyrənərək, əla qiymətlər alıb.

Rus dili, hesabın ibtidai tədrisi üsulları və tədris ili ərzində ona təklif olunan bütün nəzəri və praktik işləri mükəmməl şəkildə yerinə yetirib. Xalq Təhsili Nazirliyinin qadın gimnaziyaları və progimnaziyaları haqqında Əsasnaməyə uyğun olaraq, o, müsəlman evlərində riyaziyyatdan dərs demək hüququ alaraq, ev tərbiyəçisi adını alır. Bu qanuna əsasən ona xristian evlərində olan şəxslərə dərs demək hüququ verilmir.

Bu baxımdan o, müvafiq sənədə əsasən xristian etiqadlı şəxslərlə eyni hüquqlara malik deyil. Nigar xanım 15 sentyabr 1912-ci ildən, 29 sentyabr 1919-cu ilə qədər Bakı şəhəri ikinci rus-tatar qadın məktəbində rus dili və hesab müəllimi işləyib. 1920-ci il mayın 31-dən başlayaraq Bakı şəhər tədris idarəsinin göstərişi ilə ikinci türk qadın məktəbində çalışıb. Vəfat tarixi barədə dəqiq məlumat yoxdur.

Amma həyat yoldaşı Əmir bəy Aslanov 1938-ci ildə repressiya qurbanı olub və bəzi araşdırmaçılar onun da həmin illərdə dünyasını dəyişdiyini qeyd edirlər… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗