Dəyərli izləyicilərimizdən birinin istəyi ilə arxeoloq Saleh Qazıyev haqqında kiçik bir p…

Şrift
Dəyərli izləyicilərimizdən birinin istəyi ilə arxeoloq Saleh Qazıyev haqqında kiçik bir p…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli izləyicilərimizdən birinin istəyi ilə arxeoloq Saleh Qazıyev haqqında kiçik bir p….

Dəyərli izləyicilərimizdən birinin istəyi ilə arxeoloq Saleh Qazıyev haqqında kiçik bir paylaşım edirik. Tarix dərsliklərində adı yalnız Mingəçevirdəki araşdırmalarla bağlı bir cümlə ilə xatırlanan Saleh Mustafa oğlu Qazıyev 1893-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində doğulub. Əvvəlcə mollaxanada, sonra isə kənddə açılmış "Rövzətül-maarif" adlı məktəbdə oxugub. 1928–1932-ci illərdə Bakı şəhərində Pedaqoji İnstitutda, 1935–1938-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasında oxuyub. 1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülüb.

S. Qazıyev həyatının ilk dövrünü xalqın maariflənməsinə həsr edib, 1916–1922-ci illərdə Şəki qəzasının Filfilli kəndində, 1925–1928-ci illərdə Nuxa pedaqoji texnikumunda, 1928–1932-ci illərdə Bakı məktəblərində, 1932–1933-cü illərdə Ağdaş pedaqoji texnikumunda müəllimlik edib, direktor müavini və direktor olub, Nuxa və Ağdaş şəhərlərində maarif şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 1934–1947-ci illərdə Azərbaycan SSR Tarix Muzeyinin elmi işçisi, 1947–1952-ci illərdə direktoru, 1952–1954-cü illərdə EA Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbəsinin rəhbəri olub.

S. Qazıyev Mingəçevir arxeoloji ekspedisiyasına (1946–1953-cü illər) başçılıq edib. Sayı 20 mindən çox olan Mingəçevir abidələrinin ilk dəfə arxeoloji təsnifatını verib.

O, 40-dan çox elmi əsərin və məqalənin müəllifidir. Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsər olan "Azərbaycan arxeologiyası"nın müəlliflərindən biridir. "Azərbaycanın maddi mədəniyyəti" silsiləsinin 4 cildi onun redaktəsi ilə hazırlanıb.

"Azərbaycanın qədim abidələri" (1948), "Qədim Mingəçevir" (1950) əsərləri, "Mingəçevir küp qəbirləri" (1960) albomunun müəllifidir. Saleh Qazıyev 17 iyul, 1971-ci ildə Bakıda vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗