Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov — həyatı və yaradıcılığı

Şrift
Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov — həyatı və yaradıcılığı.

Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1847-ci ildə Tiflisdə doğulub. 7 yaşında atası onu təhsil almaq üçün Tiflisdə Hacı Molla Tağının mədrəsəsinə qoyub. 3 il burada "Quran"dan və Sədi Şirazinin "Gülüstan" kitabından dərs keçib. Daha sonra ruhani idarəsinin açdığı məktəbə qəbul olub. Lakin, atasının tez-tez xəstələnməsi, ailə vəziyyətinin ağırlığı ona öz təhsilini davam etdirməyə imkan vermir.

Buna görə də ana babası Hacı Məmmədqasım onu bir peşə sahibi etmək üçün tacir Hacı Sadığın yanına şagird göndərir. Sonrakı dövrlərdə Salman Nərimanov dükançı, fəhlə xırdavatçı kimi müxtəlif işlərdə işləyib. Bakıya gəldikdən sonra mürəttibliyi öyrənib.

Qafqazda ilk azərbaycanlı mürəttib kimi də tanınıb. 1905–1907-ci illərdə Bakıda "Kaspi", "İrşad", "Tazə həyat" və "Füyuzat" qəzet və jurnalların mətbəələrində baş mürəttiblik (mətbəədə hərf düzən)edib. Mətbuatda şeirləri və məqalələri ilə çıxış edib. "Səyyarə" və "Səyyareyi-Həqqi" imzası ilə şeirlər, "Qoca Salman" imzası ilə məqalələr yazıb.

"Həyat" qəzetinin 1906-cı il nömrələrində "Nəmrudlar və Şəddatlar", "Hami-niku", "Ağacı içindən qurd yeyər", "Filankəsə məktub", "Qissədən hissə", "Danışmalı ya danışmamalı", "Açıq məktub", "Hüriyyətdən haqq ilə istifadə lazımdır" adlı məqalələr ilə çıxış edib. Yazdığı “Səyahətnamə” əsəri Çar Rusiyası dövründə senzuradan keçmədiyinə görə çapına icazə verməyiblər. Əsərin əlyazması AMEA-nın M.

Füzuli adına Əlyazamalar İnstitunda saxlanılır. Kitab 2023-cü ildə ərəb əlifbasından Arif Ramazanov tərəfindən transliterasiya edilərək ilk dəfə 116 il sonra Bakıda çap olunub. Nəriman Nərimanovun böyük qardaşı olan Salman Nərimanov 1907-ci ildə Bakıda vəfat edib.

Bir il sonra həyat yoldaşı Səltənət xanım da dünyasını dəyişib. Dörd övladı – Asya, İsmayıl, İltifat və Xanım əmiləri Nəriman Nərimanovun himayəsi altında böyüyüblər. Oğlu İsmayıl 16 yaşında Həştərxanda vəfat edib…

RUHLARI ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗