Dəyərli dostlar!

Şrift
Dəyərli dostlar!

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.

Dəyərli dostlar! Türkiyədən bizi izləyən ziyalı soydaşlarımızdan birinin istəyi ilə böyük azərbaycanli riyaziyyatçı Mikayıl Xıdır-zadə haqqında qısa bir paylaşım edirik. Mikayıl Ellaz oğlu Xıdır-zadə 1911-ci ildə Yelizavetpol qəzasında (Gədəbəyin Miskinli kəndində) doğulub.

Miskinli kənd 1 saylı tam orta məktəbində təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1932-ci ildə Azərbaycan hökumətinin "Təhsil haqqında" qərarına əsasən, təhsilini davam etdirmək üçün Azərbaycandakı ali məktəblərdən Moskva Dövlət Universitetinə müsabiqə yolu ilə göndəriləcək tələbələr seçilir və onların arasında Azərbaycan Politexnik İnstitutu Mexanika fakültəsinin 2-ci kursunu əla qiymətlərlə yekunlaşdıran Mikayıl Xıdır-zadə də olur. O, 16 tələbə arasında seçim imtahanlarını uğurla verən və Moskva Dövlət Universitetinin Mexanika – riyaziyyat fakültəsinə qəbul edilən iki tələbədən biri olur. O, Sovet dövründə Moskva Dövlət Universitetinə daxil olan ilk azərbaycanlıdır.

Universitetdə oxuduğu zaman müəllimləri onu böyük rus alimi Mixail Vasilyeviç Lomonosova bənzədir və Mikayıl müəllimi "Mixayıl" deyə çağırırdılar. Elə soyadındakı tire işarəsi bu adın rəsmi şəkildə verildiyini və nüfuz göstəricisi olduğunu göstərir. O dövr üçün bu çox böyük qiymətdir.

1937-ci ildə ali təhsilini bitirdikdən sonra Mikayıl Xıdır-zadə Bakıya dönmək istəyir, lakin müəllimləri ona icazə vermir. Ancaq Mikayıl Xıdır-zadə bir müddətdən sonra Azərbaycana qayıdır. 1937-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, 1938-ci ildən isə dekan kimi çalışır. Qeyd edək ki, Mikayıl Xıdır-zadə fakültənin ilk azərbaycanlı dekanı olub.

1936-cı ildən SSRİ-də başlayan "Böyük təmizləmə" zamanı Mikayıl Xıdır-zadənin də adını repressiya olunanların siyahısına əlavə edirlər. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayarkən səfərbərliyə cəlb olunmamaq hüququna malik olmasına baxmayaraq, Mikayıl Xıdır-zadə könüllü olaraq ordu sıralarına yazılır və cəbhəyə yollanır. Topçu bölüyünün komandiri olur.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, "Qırmızı Ulduz" ordeni və müxtəlif medallarla təltif edilir. Onun "Qırmızı Ulduz" ordeni ilə təltif olunması haqqında olan 12 mart 1943-cü il 16 / 11 saylı əmrdə deyilir : "SSRİ Ali Sovetinin qərarı ilə döyüş tapşırıqlarını nümunəvi və igidliklə yerinə yetirdiyinə görə M. E.

Xıdır-zadə "Qırmızı ulduz" ordeni ilə təltif edilsin ". M. Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimləri və rəhbərliyi Mikayıl Xıdır-zadənin döyüşlərdə olduğunu öyrənirlər və onun arxasınca heyət göndərirlər ki, Mikayıl müəllimi gətirsinlər.

Lakin, Mikayıl Xıdır-zadə 1944-cü ildə Belarusiyanın Vitebsk vilayətinin Lioznen rayonu, Zazıbı kəndinin müdafiəsi zamanı hərbi tapşırığı yerinə yetirərkən qəhrəmancasına həlak olur və Zazıbı kəndi yaxınlığında dəfn olunur. Dəfn olunanların siyahısında 4420 №-li qəbir Mikayıl Xıdırzadəyə məxsusdur. Oğlu Zaur Xıdırzadə onun xatirəsini əbədiləşdirmək üçün Miskinli kənd qəbiristanlığında Mikayıl Xıdır-zadənin atasının və qardaşlarının yanında məzar daşını qoydurur.

29 sentyabr 2012-ci ildə Gədəbəy rayon Mədəniyyət evində Mikayıl Xıdır-zadənin 100-illik yubleyinə həsr edilmiş tədbir keçirilib. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının 31 iyul 2014-cü il tarixli, 205 nömrəli Sərəncamı ilə Gədəbəy şəhərindəki küçələrin birinə Mikayıl Xıdır-zadənin adı verilib. Son olaraq qeyd edək ki, o, olümündən sonra Sovet İttifaqı Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə 26 fevral 1946 və 15 avqust 1947-ci illərdə orden ilə təltif edilib…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗