Solmaz Mirtağı qızı Qaşqay 10 İyul, 1936-cı ildə Bakıda doğulub.

Şrift
Solmaz Mirtağı qızı Qaşqay 10 İyul, 1936-cı ildə Bakıda doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Solmaz Mirtağı qızı Qaşqay 10 İyul, 1936-cı ildə Bakıda doğulub..

Solmaz Mirtağı qızı Qaşqay 10 İyul, 1936-cı ildə Bakıda doğulub. O, kiçik yaşında ikən atası Mir Tağı Qaşqay Böyük Vətən Müharibəsinə yollanıb və müharibədən qayıtmayıb. Orta təhsilini 1944–1955-ci illərdə alıb. 1955-1960-cı illərdə S.

M. Kirov adına ADU-nun (indiki BDU) Tarix fakultəsində oxuyub. Universiteti bitirdikdən sonra Azərbaycan SSR EA Tarix İnstitutunun (indiki AMEA A.

A. Bakıxanov adına Tarix İnstitutu) “Azərbaycanın qədim tarixi” şöbəsinə işə düzəlib və ömrünün sonuna kimi burada işləyib. 1962–1968-ci illərdə SSRİ EA Şərqşünaslıq İnstitutunun Leninqrad (indiki Sankt-Peterburq, REA Şərq əlyazmaları İnstitutu) filialına ezam olunub. Orada o, professor L.

A. Lipindən akkad (aşşur-babil) dili, professor İ. M.

Dyakonovdan isə biayni (Urartu) dili tədris kurslarını keçib. Eyni zamanda Solmaz Qaşqay orada aspiranturaya qəbul olub. Tədris kursunu bitirəndən sonra görkəmli tarixçi-alimlər İ.

Əliyev və Y. Yusifovdan sonra Azərbaycanda Yaxın şərq ölü dilləri üzrə üçüncü azərbaycanlı mütəxəssis və birinci azərbaycanlı qadın-mütəxəssis olub. Təhsilini bitirib Bakıya qayıdan Solmaz Qaşqay “Azərbaycanın qədim tarixi” şöbəsində işləməyə davam edib. 1971-ci ildə Solmaz Qaşqay İ.

H. Əliyevin elmi rəhbərliyi altında “Azərbaycan (İran Azərbaycanı) e. ə.

II minilliyin sonu – I minilliyin əvvəllərində (mixiyazılı mənbələr və arxeoloji materiallar əsasında)” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edib. Nəzəri fəaliyyətlə yanaşı Solmaz xanım mütəmadi olaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın müxtəlif bölgələrində təşkil etdiyi arxeoloji qazıntılarda da iştirak edib. Solmaz xanım bəzi arxeoloji tədqiqatlara Rusiyanın şərqşünas alimlərindən İ.

N. Medvedskayanı və rəssam N. Kuznetsovanı da cəlb etmişdi.

Ötən əsrin 90-cı illərindən Xəzər Universitetində Qədim Şərq tarixi və Azərbaycan tarixi fənlərindən mühazirə oxuyub. Solmaz Qaşqay Azərbaycanın qədim tarixinə həsr olunmuş 6 monoqrafiyanın (2 həmmüəllif) müəllifidir. Solmaz Qaşqay dünya miqyasında tanınan elm xadimlərimizdəndir.

Manna dövlətinin tarixinin ən geniş araşdırması, mixi yazılarda Azərbaycanın qədim tarixinə aid fraqmentlərin tərcümə, şərhləri və nəşri, yeddi cildlik "Azərbaycan tarixinin" I-ci cildinin həmmüəllifliyi, Ön Asiyada miqrasiya proseslərinə dair araşdırmalar onun əsas nailiyyətləridir. Solmaz xanım ailə qurmamışdı. Bir bacısı və bir qardaşı var idi.

Bacısı coğrafiyaşünas alim Rəna Qaşqay olub. O, görkəmli alim akademik Mirəli Qaşqayın qardaşı qızıdır. Solmaz xanım 18 iyun 2011-ci ildə Bakıda ürəktutmasından dünyasını dəyişib…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗