Tofiq Kazım oğlu İsmayılov — həyatı və yaradıcılığı

Şrift
Tofiq Kazım oğlu İsmayılov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tofiq Kazım oğlu İsmayılov — həyatı və yaradıcılığı.

Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyunun 21-də Bakı şəhərində doğulub. Atası İsmayılov Kazım Mirheydər oğlu əslən İsmayıllı rayonunun Basqal kəndindən idi. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, polkovnik, dövlət və partiya işçisi olub.

Tofiq İsmayılov 1941-ci il ildə Bakı şəhərində orta məktəbə gedib. Onun kosmonavtika elminə marağı Y. A.

Qaqarin adına keçmiş Pionerlər sarayında aviamodellərin dərnəyindən başlayıb. O, 1951-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Moskvada Elektrotexniki Rabitə İnstitutuna daxil olur. 1956-cı ildə İnstitutu müvəffəqiyyətlə bitirərək Moskvada müxtəlif qabaqcıl müəssisələrdə əmək fəaliyyətinə başlayır və aspiranturanı da müvəffəqiyyətlə bitirir. 1964-cü ildə Bakıya qayıtdıqdan sonra müəssisələrdən birinə aparıcı mühəndis vəzifəsinə göndərilir. 2 ildən sonra Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) pedaqoji fəaliyyətə başlayaraq elektronika kafedrasının dosenti olur.

1967-ci ildən 1985-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində çalışır. O, aparıcı elmi müəssisələrdən biri olan Fizika İnstitutunda Yarımkeçirici çeviricilər şöbəsində baş mühəndis vəzifəsində çalışıb, elmi işlərin aparılmasında və həmin işlərin Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında tətbiqi üzrə şöbənin müdiri, "Xəzər" Elmi Mərkəzinin və keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun baş direktoru, 1982-ci ildən ömrünün sonuna qədər isə Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışıb. 1969-cu ildə elmlər namizədl, 1979-cu ildə isə doktorluq disertasiyasını müdafiə edərək texnika elmləri doktoru, sonra isə professor elmi adına layiq görülur. Elmdə və texnikada göstərdiyi yüksək göstəricilərə görə keçmiş Sovetlər İttifaqının Mühəndislik Akademiyasının (indiki Beynəlxalq Mühəndislik Akademiyası) həqiqi üzvü seçilir.

1990-cı ilin 20 yanvar hadisələrindən sonra SSRİ Xalq Deputatları Sovetinin qurultayında T. İsmayılov tribunaya qalxaraq 20 yanvarda Bakıda baş vermiş qanlı cinayətin baiskarlarını lənətləyir və hamıya bu qırğında həlak olmuş günahsız insanların xatirəsini yad etmək üçün ayağa qalxmağı təklif edir. Hamı ayağa qalxir.

Bütün deputatların, qurultayın Rəyasət Heyətinin bu təkliflə razılaşdigını görən M. S. Qorbaçov ayağa qalxmağa, günahsız şəhidlərin ruhunu yad etməyə məcbur olur.

O, 1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının ilk Dövlət Katibi vəzifəsinə təyin edilmişdi. 1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak olur… RUHU ŞAD OLSUN! P.

S. Dəyərli dostlar, bəs siz onu necə xatırlayırsınız? Yazın, tarixi birlikdə öyrənək!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗