Hüseyn Cümşüd oğlu Rəsulbəyov 26 iyun 1917-ci ildə Dərbənddə poçt işçisinin ailəsində doğ…

Şrift
Hüseyn Cümşüd oğlu Rəsulbəyov 26 iyun 1917-ci ildə Dərbənddə poçt işçisinin ailəsində doğ…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Hüseyn Cümşüd oğlu Rəsulbəyov 26 iyun 1917-ci ildə Dərbənddə poçt işçisinin ailəsində doğ….

Hüseyn Cümşüd oğlu Rəsulbəyov 26 iyun 1917-ci ildə Dərbənddə poçt işçisinin ailəsində doğulub. Orta təhsilini Stalin adına 1 nömrəli məktəbdə başa vurub. 1932-ci ildə Orconikidze şəhərindəki Rabitə və Yollar Politexnikumuna Siqnal, Mərkəzləşdirmə, Bloklama və Rabitə fakültəsinə daxil olub və oranı "əla" qiymətlərlə bitirib. 1936-cı ilin sentyabrında Leninqrad elektrotexnika siqnalizasiya və rabitə mühəndisləri institutuna oxumağa göndərilib. 1938-ci ilin oktyabrından 1941-ci ilin mayına qədər Moskvada Qırmızı Ordunun Dzerjinski adına Artilleriya Akademiyasında təhsil alıb.

1941-ci ildə Odessadakı Dəniz Qüvvələri Qrupuna göndərilib. Böyük Vətən müharibəsi zamanı Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın müdafiəsində iştirak edib. 1943-cü ilin martından 1945-ci ilin mayına qədər Zaqafqaziya Cəbhəsinin 2-ci Hava Hücumundan Müdafiə Briqadasının artilleriya qrupunun rəhbəri olub.

1945-ci ilin oktyabrından 1949-cu ilin fevralınadək Bakı Hava Hücumundan Müdafiə Ordusunun 1-ci diviziyasının artilleriya qrupunun rəisi olub. 1949-cu ilin fevralından 1950-ci ilin martınadək Bakı Hava Hücumundan Müdafiə Dəstəsinin rəis müavini vəzifəsində xidmət edib. 1950-1960-cı illərdə Bakı Hava Müdafiə Dairəsinin Artilleriya Silahları İdarəsinin rəisi olub. 1960-1962-ci illərdə Mühəndislik və Texniki Xidmət general-mayoru H. Rəsulbəyov, Bakı Hava Hücumundan Müdafiə Dairəsinin zenit-raket qüvvələrinin baş mühəndisi və komandir müavini vəzifəsini icra edib. 1962-1966-cı illərdə Bakı Hava Hücumundan Müdafiə Dairəsinin zenit-raket qüvvələri komandirinin müavini olub.

1966-1975-ci illərdə Bakı Hava Hücumundan Müdafiə Dairəsinin zenit-raket qüvvələrinin komandanı idi. SSRİ Nazirlər Sovetinin 1968-ci il 19 fevral tarixli qərarı ilə H. Rəsulbəyova artilleriya general-leytenantı rütbəsi verilib.

1962-1963-cü illərdə və 1967-ci ildə Sovet hökumətinin tapşırığı ilə Bakı Dairəsinin Hava Hücumundan Müdafiə qüvvələrinin zenit-raket qoşunlarının bir qrup mütəxəssisi general H. C. Rəsulbəyovun rəhbərliyi ilə Misir Ərəb Respublikasında işgüzar səfərdə olub və bu ölkənin hava hücumundan müdafiə sistemlərinin qurulmasına kömək edib.

General 37 il Sovet Ordusunda xidmət etdikdən sonra 1975-ci ilin 28 iyulunda hərbi xidmətdən ehtiyata buraxılıb. 1975-ci ildə Azərbaycan SSR rabitə naziri təyin edilmişdir. Bu vəzifədə o, ömrünün sonuna qədər çalışıb. 1975–1980-ci illər ərzində Bakıda iki şəhərlərarası telefon və teleqraf rabitə stansiyası inşa edilərək istifadəyə verilib,bu da respublikada telekommunikasiya sisteminin modernləşdirilməsinə əhəmiyyətli töhfə verib.

Hüseyn Rəsulbəyovun şəxsi iştirakı ilə Baş Poçtamt, Rabitə Evi, rabitə qovşaqları və sair layihələr işlənib hazırlanıb və inşa edilib. Dağüstü parkın yaxınlığındakı müasir teleqüllənin ucaldılmasında Hüseyn Rəsulbəyovun mühüm xidmətləri var. H.

Rəsulbəyov VII, VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Azərbaycan KP XXVIII, XXIX və XXX qurultaylarında Azərbaycan KP MK üzvü seçilib. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 28 iyul 1966-cı il tarixli Fərmanı ilə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülüb.

Dağıstan Muxtar Sovet Sosialist Respublikası Xalq Deputatları Sovetinin Dərbənd Şəhər Sovetinin İcraiyyə Komitəsinin 1985-ci il 23 aprel tarixli qərarı ilə şəhər prospektlərindən birinə general Hüseyn Rəsulbəyovun adı verilib. Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 15 may tarixli qərarı ilə general-leytenant H. C.

Rəsulbəyovun adı Bakı Elektrotexnika Rabitə Kollecinə verilib. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 26 iyun tarixli əmri ilə şəhərin yeni salınmış küçələrindən birinə general Hüseyn Rəsulbəyovun adı verilib. 2019-cu ildə Dərbənddə Böyük Vətən müharibəsi iştirakçısının dünyaya göz açdığı küçədə Hüseyn Rəsulbəyova abidə qoyulub.

17 sentyabr 1984-cü ildə Bakıda vəfat edib… RUHU SAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗