Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bala bəy Cabbar bəy oğlu Həsənbəyov — həyatı və yaradıcılığı.
Bala bəy Cabbar bəy oğlu Həsənbəyov 1899-cu ildə Gəncə şəhərində doğulub. İlk təhsilini də bu şəhərdə alıb. Daha sonra Moskva Dövlət Univeristetinin iqtisadiyyat fakültəsini bitirib.
Əsasən işçi qüvvəsinin yerləşdirilməsi məsələlərinin tədqiqi ilə məşğul olub. 1931-ci ildə "Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi" adlı doktorluq dissertasiyasını uğurla müdafiə edib. Vətənə döndükdən sonra respublikanın elmi həyatında yaxından iştirak edib 1920-ci illərdə partiya, dövlət orqanlarında çalışıb. 1936-cı il mart ayının 30-da Azərbaycan KP(b)P Mərkəzi Komitəsinin birinci katibi M. C.
Bağırovun imzaladığı qərarla Azərbaycan Şura Ensiklopediyası iqtisadiyyat və kənd təsərrüfatı şöbəsinə redaktor təyin edilib. Onun fəaliyyətinin son dövrü Azərbaycan Dövlət Universiteti (indiki BDU) ilə bağlıdır. B.
Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin, ADU-da siyasi iqtisad kafedrasına rəhbərlik edib. 1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, ADU-nun rektoru B. Həsənbəyov saxta ittihamlarla həbs olunub. 1937-ci il aprelin 16-da Voroşilov Rayon Komitəsinin Partiya bürosu B.
C. Həsənbəyovu "XDİK orqanları tərəfindən tutulmuş partiya düşməni və əksinqilabi trotskiçi" kimi partiya sıralarından çıxarır. B.
C. Həsənbəyov Azərbaycan SSR CM-nin 64, 69, 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılır. 1937-ci il oktayabrın 11-də B. Həsənbəyov güllələnməyə məhkum edilir.
1956-cı il sentyabrın 15-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə B. Həsənbəyova 1937-ci il oktyabrın 11-də irəli sürülmüş hökm cinayət tərkibi olmadığına görə xətm olunur… RUHU ŞAD OLSUN!
