Mustafa Zəkəriyyə oğlu Quliyev 18 (30) yanvar 1893-cü ildə Nuxa (Şəki) şəhərində doğulub.…

Şrift
Mustafa Zəkəriyyə oğlu Quliyev 18 (30) yanvar 1893-cü ildə Nuxa (Şəki) şəhərində doğulub.…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mustafa Zəkəriyyə oğlu Quliyev 18 (30) yanvar 1893-cü ildə Nuxa (Şəki) şəhərində doğulub.….

Mustafa Zəkəriyyə oğlu Quliyev 18 (30) yanvar 1893-cü ildə Nuxa (Şəki) şəhərində doğulub. 1907–1913-cü illərdə Tiflisdə İmperator I Aleksandr gimnaziyasında 8 siniflik tam orta təhsilini bitirib, 1913-cü ildən Kiyev Müqəddəs Vladimir Universitetinin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsində təhsilini davam etdirib. Tələbə olarkən, 1918-ci ilin yanvarında Kiyevdə bolşeviklər partiyasına daxil olub. Təhsilini başa vurandan sonra Kiyevdə qalaraq qısa müddət sonra Rusiya K(b)P Kiyev Komitəsində tatar (türk) bölməsinin sədri olub və bu vəzifədə 1919-cu ilədək çalışıb.

1919-cu ildə Bakıya gələrək bolşevik fəaliyyətini davam etdirib, sonra Lənkərana göndərilərək orada Əli Məmmədov, Şirəli Axundov və başqaları ilə birlikdə partiya özəkləri yaradib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lənkəran Qəza İnqilab Komitəsinin sədri təyin edilib. 1921–1922-ci illərdə Bakıda Azərbaycan K(b)P Qaraşəhər Rayon Komitəsinin katibi işləyib. 1922-ci ilin iyun ayında Azərbaycan SSR xalq maarif komissarı təyin edilib. Paralel olaraq 1923–1926-cı illərdə "Maarif və mədəniyyət" jurnalının redaktoru olub, 1924-cü ildən isə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda siyasi iqtisadiyyat üzrə müəllim işləyib.

Mustafa Quliyev 1927–1928-ci illərədə AK(b)P Bakı Şəhər Komitəsində Təşviqat və təbliğat şöbəsinin müdiri işləyib, 1928–1929-cu illərdə yenidən Azərbaycan xalq maarif komissarı vəzifəsinə qaytarılıb. Daha sonra Qırmızı Professorlar İnstitutunda təhsil alib və 1933-cü ildə bitirib. 1934-cü ildə Qazaxıstanda Turbat Maşın-Traktor Stansiyasının siyasi idarəsinin rəisi, 1935–1937-ci illərdə isə ÜİK(b)P Çimkənd Şəhər Komitəsinin katibi olub.

1937-ci ildə Odessaya qayıdaraq Ukrayna K(b)P Odessa Vilayət Komitəsinin Məktəb və elm şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycanin dövlət xadimi, ədəbiyyatşünas, tənqidçi və publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq maarif komissarı (1922–1927, 1928–1929), "Azərbaycan məktəbi" jurnalnın ilk baş redaktoru olmuş Mustafa Quliyev 5 iyul 1937-ci ildə Ukrayna Xalq Daxili İşlər Komissarlığının Odessa Vilayət İdarəsi tərəfindən həbs edilib,avqustun 4-də isə Bakıya gətirilib. Dekabrın 1-də o, xalq düşməni adı ilə partiyadan çıxarılıb, 3 iyul 1938-ci ildə isə güllələnib.

19 avqust 1955-ci ildə Mustafa Quluyevin Bakıda yaşayan qızı Səltənət Quliyeva xüsusi işlər üzrə hərbi prokurorun müavini Çesnokova ərizə yazaraq atasının günahsız olduğunu bildirib və ona bəraət verilməsini xahiş edib. 1956-cı ildə ona bəraət verilib. 19 mart 1957-ci ildə isə partiya üzvlüyü bərpa olunub… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗