Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bakıda adına küçə olan məşhur akademik Əhməd Rəcəblinin nəvəsi Kamran Rəcəbli 1960-cı ild….
Bakıda adına küçə olan məşhur akademik Əhməd Rəcəblinin nəvəsi Kamran Rəcəbli 1960-cı ildə doğulub. Yaddaşımızda "Şərikli çörək" filmində "kartoçka"sını itirən Vaqif obrazı ilə qalan Kamran Rəcəbli əslində kimdir? Onun nənəsi fizika-riyaziyyat elmləri namizədi, atası texnika elmləri namizədi, anası tibb elmləri namizədi olub. 1966-1976-cı illərdə Bakıda 1 nömrəli məktəbdə təhsil alıb.
Uşaq rollarının ən mahir ifaçlarından biri olub. Ailəlidir. İki övladı var.
Moskvada Energetika İnstitutunu bitirib. 1985-ci ildə elmlər namizədi elmi dərəcəsini aldıqdan sonra Bakıya qayıdıb və Azərbaycan Neft-Kimya İnstitutunda müəllim işləyib. 1989-cu ildə SSRİ Ticarət Palatasının xətti ilə Kanadaya gedib və orada qalıb. Kibernetik proqramçı kimi fəaliyyətə başlayıb. Hazırda San-Dieqo şəhərində yaşayır.
Enerji sahəsində mütəxəssis olan K. Rəcəbli ABŞ-ın məşhur şirkətlərində məsləhətçi kimi çalışır. Energetika sahəsində professordur. 2010-cu ildə Azərbaycanda səfərdə olub.
Onun çəkildiyi filmləri diqqətinizə çatdırırıq: Torpaq,Dəniz, Od, Səma (1967) Uşaqlığın son gecəsi (1968) Şərikli çörək (1969) Skripkanın sərgüzəşti (1972) Kinomuzu yaşadanlar. Şamil Mahmudbəyov (veriliş) … Kamran Rəcəbliyə bundan sonrakı həyatında da uğurlar arzulayırıq…
