Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycanın məşhur opera ifaçısı Sona Şahnəzər qızı Aslanova 1924-cü il,oktyabrın 4-də B….
Azərbaycanın məşhur opera ifaçısı Sona Şahnəzər qızı Aslanova 1924-cü il,oktyabrın 4-də Bakı şəhərinin Binəqədi kəndində doğulub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alıb. Sona xanım 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır.
Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hacıbəyov gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilir.
Hətta bir çox filmlərdə obrazların dilindən mahnıları da məhz Sona Aslanova ifa edir. Opera səhnəsində isə "Arşın Mal Alan"da Gülçöhrə, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Nigar obrazını yaradır. Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-yə oğlunun yanına köçür. 2008-ci ildə iflic olduqdan sonra isə səsini itirir.
87 yaşlı Sona Aslanova 2011-ci ildə Los-Anceles şəhərində vəfat edir. ABŞ-də dəfn xərcləri çox baha olduğundan o, ölümündən əvvəl cənazəsinin yandırılmasını vəsiyyət etmişdi və ölümündən sonra cənazəsi vəsiyyətinə uyğun olaraq yandırılır. Qeyd edək ki.
Üzeyir Hacıbəyov onu "səsi ürəkləri fəth edən qadın" deyə cəmiyyətə tanıdıb. Sona Aslanova "Azərbaycan SSR əməkdar artisti" fəxri adına (6 noyabr, 1956) və "Şərəf nişanı" ordeninə (9 iyun, 1959) layiq görülüb. Sənətkarın həyatı haqqında daha ətraflı təsəvvürünüz olsun deyə onun filmoqrafiyasını da diqqətinizə çatdırırıq: Anlamaq istəyirəm (1980) (ikiseriyalı bədii film); Arşın mal alan (1965); Bir az da Bahar bayramı (1979); Bizim Cəbiş müəllim (1969); Bizim küçə (1961); Doğma xalqıma (1954); Əmək və qızılgül (1962); Görüş (1955); Gün keçdi (1971); İstintaq (1979); Qəmbər Hüseynli (2007); O qızı tapın (1970); Ömrün səhifələri (1974); Telefonçu qız (1962); Üzeyir ömrü (1981).
… RUHU ŞAD OLSUN!!!
