Məhəmməd Musa oğlu Əmircan — həyatı və yaradıcılığı

Şrift
Məhəmməd Musa oğlu Əmircan — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məhəmməd Musa oğlu Əmircan — həyatı və yaradıcılığı.

Məhəmməd Musa oğlu Əmircan 1912-ci ildə Bakıda doğulub. Orta təhsilini Bakıda başa vurduqdan sonra 1932-ci ildə Türkiyəyə mühacirət edib. İstanbulda məskunlaşaraq orada ali təhsil alıb."Təsviri-əfkar" qəzeti ilə əməkdaşlıq edib.

İkinci Dünya müharibəsi illərində Almaniyaya gedib. Müharibə başa çatandan sonra Azərbaycan legionunda xidmət etmiş hərbi əsirlərin Türkiyəyə köçürülməsi istiqamətində fəaliyyət göstərib. 1952-ci ildə Münhen şəhərinə köçüb.

Həmin il Məhəmməd Əmin Rəsulzadə, Həmid Ataman, Həsən Kərbəla və Səlim Ağasıbəylə birlikdə "Qafqaz İstiqlal Komitəsi"nin təsis konfransında Azərbaycanı təmsil edib. Daha sonra komitənin nəşr etdiyi "Birleşik Kafkasya" dərgisinin türkcə bölməsinin redaktoru olub. Məhəmməd Əmircan eyni zamanda Sovet İttifaqını Öyrənmə İnstitutunda fəaliyyət göstərib, institutun nəşri olan "Dergi" jurnalında yazı işləri müdiri vəzifəsini icra edib. 1968–1972-ci illərdə institutun elmi şurasına rəhbərlik edib, 1972-ci ildə təqaüdə çıxıb.

Həyatının sonuna qədər "Paris bloku"nda Azərbaycanın nümayəndəsi kimi fəaliyyətini davam etdirib. Məhəmməd Əmircan 1979-cu il mayın 25-də Münhendə vəfat edib. Onun nəşi İstanbula aparılıb, iyunun 1-də Şişli məscidində cənazə namazı qılındıqdan sonra Fəriköy qəbiristanlığında dəfn olunub.

1981-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən onun tərcümə etdiyi Tamurbek Devletşinin "Sovet Tatarıstanı" adlı əsəri nəşr olunub. Maraqlı bir faktı da qeyd edək ki, Məhəmməd Əmircanın nəsli Şəki xanlarının soyundan gəlir. Onun əmisi Əbdüləli bəy Əmircan Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri olub…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗