Dəyərli dostlar!

Şrift
Dəyərli dostlar!

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.

Dəyərli dostlar! Şəkildə gördüyünüz bu şəxsi bəlkə də çox az adam xatırlayır. Amma, yaxın və uzaq olmasından asılı olmayaraq tariximizi hamımız bilməliyik…

Feyruz Rəcəb oğlu Mustafayev 18 oktyabr 1933-cü ildə Ağdam rayonunun Mərzili kəndində doğulub. Mərzili kəndində yeddillik məktəbi bitirdikdən sonra Novruzlu kənd orta məktəbində təhsilini davam etdirib. 1950-ci illərdə Xanlar (indiki Göygöl) rayonunun Samux kəndinə köçüblər.

O, 1955-ci ildə hərbi xidməti başa vurandan sonra Samux kolxozunda sıravi işçi kimi əmək fəaliyyətinə başlayır. Sonra mühasib, kolxoz həmkarlar təşkilatının sədri və kolxoz sədri seçilir. Bu müddətdə Moskva İqtisadiyyat institutunda qiyabi təhsil alır.

Kolxozda yüksək nailiyyətlər əldə edən F. Mustafayev Xanlar rayonuna Rayon İcraiyyə komitəsinə sədr təyin edilir. 1 il sonra Xanlar RPK- nin birinci katibi seçilir.

Feyruz Mustafayev daha sonra Şamaxı rayonuna təyinat alır. Şamaxı rayonunda apardığı quruculuq işləri, dəmyə sahələrə çəkdirdiyi 600 km su xətti və və apardığı islahatlara görə 1981-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev və Sovet İttifaqı KP MK-nın Baş katibi L. İ.

Brejnev tərəfindən Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. Feyruz Mustafayev 1975-ci ildə Azərbaycan KP Xanlar RK-nın birinci katibi olan vaxt 343 nömrəli Qızılca seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı seçilib. Mədəniyyət komissiyasınınü üzvü olub.

1987-ci ildə Aqrar Sənaye komitəsində sədr müavini. Sonra Qaçqınlar komitəsinin sədri, Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti, Baş Nazirin müavini vəzifəsində işləyib. 4 aprel-14 may 1992-ci ildə Baş nazirin səlahiyyətlərini icra edib. Azərbaycan Kəndli Partiyasının 31 iyul 1992-ci ildə keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

4 övladı, 8 nəvəsi olub. 7 iyul 2018-ci ildə Gəncədə vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗