Məmməd Əlili 7 noyabr 1898-ci ildə İçərişəhərdə, kasıb bir ailədə doğulub.

Şrift
Məmməd Əlili 7 noyabr 1898-ci ildə İçərişəhərdə, kasıb bir ailədə doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məmməd Əlili 7 noyabr 1898-ci ildə İçərişəhərdə, kasıb bir ailədə doğulub..

Məmməd Əlili 7 noyabr 1898-ci ildə İçərişəhərdə, kasıb bir ailədə doğulub. Ailənin dolanışığına kömək etmək məqsədilə müxtəlif işlərlə məşğul olub. Görkəmli dramaturq Cəfər Cabbarlı ilə tanış olandan sonra onun həyatı dəyişib.

Hətta C. Cabbarlı onu məktəbə cəlb edib. Onların uşaqlıqda başlanan dostluq sonralar da davam edib.

M. Əlilinin incəsənətə bağlılığının tarixi "Neft və milyonlar səltənətində" filminin tarixindən, yəni 1916-cı ildən başlayır. Həmin dövrdə mollaxanada oxuyan Məmməd filmin mollaxana ilə bağlı səhnəsində şagirdlər arasında rola çəkilir.

İlk vaxtlar o, teatrda suflyor, truppa müdiri, tamaşa idarəedicisi, rejissor assistenti, rejissor kimi işləyir. 1932-ci ildə Moskvada "Malıy Teatr"ın yardım heyətində işləyə-işləyə rejissorluq sənətinin sirlərini öyrənir. Özünü bacarıqlı təşkilatçı və aktyor kimi tanıdan Əlilini Çeçen-İnquş MSSR-ə peşəkar teatr yaratmaq məqsədilə ezam edirlər. Burada da etimadı layiqincə doğruldan Məmmədi Cəfər Cabbarlı Bakıya dəvət edir.

O vaxt "Almaz" bədii filmi çəkilirdi və Əlili rejissor asistenti kimi işə başlayır. O, Cəfər Cabbarlının bütün tamaşalarının ərsəyə gəlməsində əvəzedilməz rol oynayıb. Həmin dövrlərdə Azərbaycanda çəkilmiş bütün kinolarda Əlilinin böyük əməyi vardı.

O, "Dənizi fəth edənlər" filminin çəkilişləri zamanı yanğının içində bəzi kadrları çəkib və səhnə elə buna görə də çox təbii alınıb. Əlili Neft Daşlarının fəxri vətəndaşı olub. Orada heç kəsə 10 gündən artıq qalmağa icazə verilmirdi, ona isə 9 ay qalmaq nəsib olmuşdu.

"Dənizçilər haqda dastan" və "Dənizi fəth edənlər" filmləri məhz Neft Daşlarında çəkilib. M. Əlili məşhur rejissorlar Ç.

Q. Sabinski, İ. A.

Savçenko, Boris Barnet, İosif Xeyfits, A. Zorxi, Qriqori Aleksandrov, R. Karmen və başqaları ilə işləyib.

Onun "Azərbaycanın əməkdar incəsənət xadimi" adını almasında R. Karmenin xüsusi rolu olub. Müvəffəqiyyətlə çəkdikləri "Dənizçilər haqqında dastan" və "Dənizi fəth edənlər" filmləri böyük uğur qazanmışdı və bir sıra sənətkarlara buna görə fəxri ad verilmişdi.

R. Karmen Əlilinin də adını o siyahıya saldırıb Moskvaya gedir, amma Əlilinin familiyasının siyahıdan çıxarıldığını eşidir. Bundan sonra o Məmməd Əlilinin adını bərpa elətdirməyə nail olur.

Bir mülahizəyə görə, məhz familiyasına görə Məmməd Əliliyə ad vermək istəmirmişlər. Bu familiyaya görə 1937-ci ildə də onun başı çox ağrımışdı. Onun bu və digər formada iştirak etdiyi filmləri diqqətinizə çatdırırıq: Arşın mal alan (1917) Arşın mal alan (1965) Babək (1979) Bakılılar (1938) Bakının işıqları (1950) Bəxtiyar (1942) Bəxtiyar (1955) Bir məhəllədən iki nəfər (1957) Bismillah (1925) Dağlarda döyüş (1967) Dəli Kür (1969) Dənizi fəth edənlər (1959) Doğma xalqıma (1954) Fətəli xan (1947) Gənc qadının kişisi (1988) Xəzər neftçiləri haqqında dastan (1953) Xoşbəxtlik qayğıları (1976) Kəndlilər (1939) Koroğlu (1960) Qətl günü (1990) Qız qalası əfsanəsi (1923) Leyli və Məcnun (1961) Mavi dənizin sahilində (1935) Möcüzələr adası (1963) Neft və milyonlar səltənətində (1916) Nəsimi (1973) Nəvəmin nəvəsinin nəvəsi (1985) Ögey ana (1958) Sovqat (1942) Ulduzlar sönmür (1971) Üzeyir ömrü (1981) Vah!..

(1980) Yeni horizont (1940) O, Azərbaycanın ilk şoumeni, aktyor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadənin atasidır. Məmməd Əlili 13 iyun 1993-cü ildə, 94 yaşında Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗