Həqiqət Əli qızı Rzayeva 20 may (2 iyun) 1907-ci ildə Lənkəran qəzasıın Darquba kəndində…

Şrift
Həqiqət Əli qızı Rzayeva 20 may (2 iyun) 1907-ci ildə Lənkəran qəzasıın Darquba kəndində…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Həqiqət Əli qızı Rzayeva 20 may (2 iyun) 1907-ci ildə Lənkəran qəzasıın Darquba kəndində….

Həqiqət Əli qızı Rzayeva 20 may (2 iyun) 1907-ci ildə Lənkəran qəzasıın Darquba kəndində doğulub. Atası Əli kişi o hələ səkkiz aylıq olarkən dünyasını dəyişib. Həqiqətin anası ikinci dəfə mövhumatçı, dindar bir kişiyə ərə gedir.1917-ci ildən Həqiqət Lənkəranda məktəbə getməyə başlayır.

Azərbaycanda soet hakimiyyəti qurulduqdan sonra isə onun ailəsi Bakıya köçür. Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə gedəndən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür.

Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına ömürlük bağlanmış olur. 1928–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır.1927–1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi ("Şah İsmayıl"-Müslüm Maqomayev), Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın Mal Alan"-Üzeyir Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib"-Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.

Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilib. "Ögey Ana" filmində Qəmər xala obrazını oynayıb. Qəmər xala filmdə mənfi obrazdır.

O kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi "Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq.

Yad qızından ana olmayıb, olmayacaq." sitatı bu gün də yaddaşlara həkk olunub. Bəstəkar Azər Rzayevin və Həsən Rzayevin anasıdır. "Şərəf nişanı" ordeni,17 aprel 1938; "Azərbaycan SSR əməkdar artisti" fəxri adı, 23 aprel 1940; "Azərbaycan SSR xalq artisti" fəxri adı-17 iyun 1943 alıb.

Bakı və Bərdə şəhərlərində adına küçə var. Lənkəran şəhərində 2№-li Uşaq Musiqi Məktəbi Həqiqət Rzayevanın adını daşıyır. Lənkəran şəhərində Həqiqət Rzayevanın büstü var.

Lənkərandakı Yaradıcılıq Sarayı da onun adınadır. 2 avqust 1969-cu ildə Bakıda vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn olunub…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗