Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

Mənbə: Nazirlər Kabineti

Mətbuat xidmətinin məlumatı Bütün xəbərlər Görüşlər Tədbirlər Səfərlər Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin bülletenləri Nazirlər Kabineti yanında Operativ Qərargah 14 Sentyabr 2026 – 13:55 Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 14-də Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə AİB arasında formalaşmış uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd olunub. Nəqliyyat, enerji, su təchizatı, maliyyə, təhsil, səhiyyə və digər sahələrdə birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, dövlət–özəl tərəfdaşlığı mexanizmi çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. 2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası Azərbaycan-AİB əməkdaşlığının yeni mərhələsi üçün mühüm çərçivə kimi dəyərləndirilib, enerji, nəqliyyat və su infrastrukturu üzrə nəzərdə tutulan yeni layihələrin ölkəmizin uzunmüddətli inkişaf prioritetlərinə uyğunluğu diqqətə çatdırılıb. Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev iştirak edib.

Orijinal xəbər: https://nk.gov.az/az/xeberler/matbuat-xidmatinin-malumati/bas-nazir-eli-esedov-asiya-inkisaf-bankinin-direkt-3555

Vətənim Media Shorts

YouTube-da aç ↗