Məzahir Həmzə oğlu Axundov(Daşqın) — həyatı və yaradıcılığı

Şrift
Məzahir Həmzə oğlu Axundov(Daşqın) — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məzahir Həmzə oğlu Axundov(Daşqın) — həyatı və yaradıcılığı.

Məzahir Həmzə oğlu Axundov(Daşqın) 1909-cu ildə Tərtər rayonunun İncə Borsunlu kəndində doğulub. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyil göstərib. İbtidai məktəbi bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirib.

Sonuncu kursda oxuyarkən atası həbs olunduğuna görə məktəbdən çıxarılıb(1925). Sonra o,taleyini Gəncə ilə bağlayır, "Qızıl Gəncə" jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır.

Böyük Vətən Müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir. Sovet qoşunlarının tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun "İran səfəri" şerlər silsiləsi də məhz bu zaman yaranır.

1942-ci ildə Krım cəbhəsində ağır döyüşlərdə əsir alınan Məzahir Axundov ölüm düşərgələrində işgəncələrə məruz qalır. Sonralar Şimali Afrikada və İtaliyada olur. 1945-cı ildə vətənə qayıtmaq imkanı tapsa da, onu doğma vətənə buraxmayıb həbs edir və Sibirə sürgünə göndərirlər. 1956-cı il 24 mart tarixli fərmana əsasən ona bəraət verilir.

Məzahir Daşqının azad olunmasında Səməd Vurğunun böyük rolu olur. Şair hətta M. Daşqına "Aşıq qardaşıma" adlı şeir də həsr edir.

Azad edildikdən sonra Azərbaycan Respublikası xalq yaradıcılığı evində ştatdankənar metodist (1956-1960), ömrünün axırınadək isə Gəncə rayonlararası xalq yaradıcılığı evində folklor şöbəsinin müdiri vəzifələrində çalışıb. 1946-cı ildən sonra təqiblərə məruz qaldığından öz şerlərini Daşqın təxəllüsü ilə çap etdirib. Məşhur azərbaycanlı aşıq və şair Məzahir Daşqın 1979-cu il oktyabrın 31-də vəfat edib, Tərtər rayonunun Borsunlu kəndində dəfn olunub…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗