Mənbə: Müdafiə Nazirliyi
Ana səhifə Xəbərlər 15 Sentyabr 2026 14:14 Müdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir. General-polkovnik Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC – China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub. Burada CASIC-in Baş direktoru cənab Çen Şaoyan ilə görüşən müdafiə naziri müdafiə təyinatlı müxtəlif sistemlərə baxış keçirib.Səfər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Dong Jun ilə görüşüb.Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təhlükəsizlik və sabitlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Azərbaycan Respublikasının PrezidentiSilahlı Qüvvələrin Ali Baş Komandanı Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Nazirlər Kabineti Heydər Əliyev Fondu Virtual Qarabağ XOCALIYA ƏDALƏT
Orijinal xəbər: https://mod.gov.az/az/news/mudafie-naziri-cin-xalq-respublikasinda-isguzar-seferdedir-57840.html

