Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Mənbə: Müdafiə Nazirliyi

Ana səhifə Xəbərlər 16 Sentyabr 2026 10:30 Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib Sentyabrın 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək” şüarı ilə keçirilən 13-cü Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib. Beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoq və əməkdaşlığın təqdim edildiyi Pekin Syanşan Forumu dövlətlər arasında etimad və qarşılıqlı anlaşmanı möhkəmləndirmək, regional və qlobal təhlükəsizlik problemlərinin sülh yolu ilə həlli üçün ən mühüm platformalardan hesab olunur.Qeyd edək ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 17-dək davam edəcək. Azərbaycan Respublikasının PrezidentiSilahlı Qüvvələrin Ali Baş Komandanı Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Nazirlər Kabineti Heydər Əliyev Fondu Virtual Qarabağ XOCALIYA ƏDALƏT

Orijinal xəbər: https://mod.gov.az/az/news/mudafie-naziri-13-cu-pekin-syansan-forumunda-istirak-edib-57846.html

Vətənim Media Shorts

YouTube-da aç ↗