İsmayıl Dağıstanlı (İsmayıl Yusif oğlu Hacıyev) 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə…

Şrift
İsmayıl Dağıstanlı (İsmayıl Yusif oğlu Hacıyev) 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İsmayıl Dağıstanlı (İsmayıl Yusif oğlu Hacıyev) 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə….

İsmayıl Dağıstanlı (İsmayıl Yusif oğlu Hacıyev) 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində doğulub. Uşaqlıq illərini kənddə keçirən İsmayılı atası aqronom görmək istəyirdi. Ancaq uşaqlıqdan artistliyə meyli onu addım-addım öz istəyinə aparırdı.

Onun aktyor yaradıcılığının ilk səhifələri Şəki İpək fabrikinin fəhlə dram dərnəyi ilə bağlı olub. Bakı Teatr Texnikumunda oxuduğu illərdə (1926-1930) gənc aktyora Moskva və Leninqraddan dəvət olunmuş teatr mütəxəssisləri ilə yanaşı, görkəmli dramaturq və pedaqoq Əbdürrəhim bəy Haqverdiyev də Azərbaycan dili və bədii qiraət fənlərindən dərs deyib. Elə “Dağıstanlı” adını da ona görkəmli ədib verib.

Gənc İsmayıl təqaüdsüz oxuduğu üçün çox məşəqqətli günlər görmüşdü. Belə ki, dərsdən sonra dəmiryolunda yük daşıyaraq gündəlik xərcini çıxarır, gecələr isə “Təzə pir” məscidinin həyətində yatmalı olurdu. Lakin, möhkəm iradə sahibi olan gənc aktyor gələcəyə ümidlə baxır, öz üzərində daim işləyirdi.

Artıq birinci kursun sonundan Azərbaycan Dövlət Dram Teartında oynanılan tamaşalarda epizodik rollarda çıxış edirdi. 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936–37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932–1933). 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb.

S. M. Kirov, N.

Nərimanovin obrazlarını yaradıb. Azərbaycan səhnəsində V. İ.

Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy roluna görə 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. Ömrünün son illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb.

Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub. 1949-cu ildə Azərbaycan SSR Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti adına layiq görülüb. Onun filmoqrafiyasını sizə təqdim edirik: Abbas Mirzə Şərifzadə Ağasadıq Gəraybəyli (1974) Axşam konserti (1948) Böyük dayaq (1962) Koroğlu (1960) Kölgələr sürünür (1958) Qara daşlar (1956) Qatır Məmməd (1974) Səbuhi (1941) Sovet pəhləvanı (1942) Sualtı qayıq "T-9" (1943) İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə Bakıda vəfat edib.

Birinci Fəxri Xiyabanda dəfn olunub… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗