Hüseynqulu Məlik oğlu (əsl soyadı Rzayev) 20 mart 1879-cu ildə Bakıda doğulubAtası Məlik…

Şrift
Hüseynqulu Məlik oğlu (əsl soyadı Rzayev) 20 mart 1879-cu ildə Bakıda doğulubAtası Məlik…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Hüseynqulu Məlik oğlu (əsl soyadı Rzayev) 20 mart 1879-cu ildə Bakıda doğulubAtası Məlik….

Hüseynqulu Məlik oğlu (əsl soyadı Rzayev) 20 mart 1879-cu ildə Bakıda doğulubAtası Məlik gəmi kapitanı olub və onun İrana, Hacıtərxana və Xəzər sahilindəki müxtəlif şəhərlərə etdiyi səfərlər ailənin gündəlik yaşayışına çətinliklə yetirib. 1881-ci ildə atası Türküstanda dəmir yol çəkilişi zamanı gəminin bütün heyəti və yükü ilə birlikdə sulara qərq olub. Anasının ikinci dəfə ərə getməsindən sonra Hüseynqulunun çətin günləri başlayıb. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin əsərlərində müxtəlif xarakterli rollar oynayır.

Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə- musiqili-teatra, gətirir. Bu tamaşa zamanı Sarabski Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb edir. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola-Məcnun roluna dəvət edir.

Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirir. Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o, 400 dəfə bu rolu oynayıb. Hüseynqulu Sarabski əsasən Bakıda, həmçinin Tiflis, İrəvan, Dərbənd, Batum qastrollarında "Ölüllər" "Napoleon muharibəsi və yaxud Moskva yanğını", "Yezid ibn Müaviyyə", "Əmir Əbül Üla", "Cəhalət", "Pəri cadu", "Xan-xan", "Dilin bəlası"və s.

tamaşalarına quruluşlar verib. 1932-ci ildən 1945-ci ilədək Azərbaycan Dövlət Konservatoriyasında və Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində muğam sənətini tədris edib. Bu müddət ərzində Hüseynağa Hacıbababəyov, Məmmədtağı Bağırov və Əlövsət Sadıqov kimi aktyorları Məcnun və Kərəm rollarına hazırlayıb.

1917-ci ildə Bakıda "Film" səhmdar cəmiyyətinin çəkdiyi "Arşın mal alan" filmində Əsgər obrazını canlandırib. "Səbuhi" filmində isə Aşıq rolunda çıxış edib. Hüseynqulu, gözəl səsi və avazı ilə məhərrəmlikdə mərsiyələr oxuyur, şəbih tamaşalarında iştirak edirdi.

1897-ci ildə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin açdığı kursda rus dilini öyrənib, ertəsi il Həbib bəy Mahmudbəyovun məktəbinin ikinci sinfinə qəbul olunub. Eyni zamanda, daş anbarlarına marka vuran işlər görərək ayda 15 manat əmək haqqı alırdı. Bir müddət "Paşa Dadaşov" gəmisində matros kimi çalışıb, daha sonra Ağ şəhərdə elektrik stansiyasında mühəndis köməkçisi olaraq fəaliyyətini davam etdiib Teatra isə həvəskar aktyorlar Murad Muradov və Mehdi bəy Cabbarlinski vasitəsilə cəlb olunub.

16 fevral 1945-ci ildə Bakıda vəfat edib. 4 mart 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayib… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗