Fuad Əbdürrəhmanov — həyatı və yaradıcılığı

Şrift
Fuad Əbdürrəhmanov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Fuad Əbdürrəhmanov — həyatı və yaradıcılığı.

Fuad Əbdürrəhmanov 1915-ci il mayın 11-də Nuxada (indiki Şəki şəhəri) doğulub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ. Y.

Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1935–1939) təhsil alıb. 1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib. Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlayıb. 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin, "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində) yaradıb.

Sovet İttifaqı qəhrəmanları G. Əsədovun, İ. Məmmədovun, Q.

Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir. O, həm də mahir portret ustası kimi tanınib.

Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.

Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltaraşlıq mühüm yer tutur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M.

Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s.

əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir. 1950–1960-cı illərdə yaratdığı "Çoban" (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), "Azərbaycanlı qadın" (gips, 1951), "Azadlıq" (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), "Azad qadın" (tunc, qranit, 1960, memar Mikayıl Hüseynov) və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir. Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X.

Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S. Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rudəkinin (tunc, qranit, 1964, memar M. Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olub; memar H.

Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırıb. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olub; memar M.

Hüseynov) yaradıb. Onun layiq görüldüyü bəzi mükafatları sizə təqdim edirik: "Azərbaycan SSR əməkdar incəsənət xadimi"-Fəxri fərman-17 iyun 1945; Stalin mükafatı (II dərəcə)-1947 (Nizami Gəncəvinin 1946-cı ildə Kirovabadda ucaldılmış heykəlinə görə); Stalin mükafatı (III dərəcə)-1950 (gips "Çoban" heykəlinə görə); "Azərbaycan SSR xalq rəssamı" fəxri adı-30 aprel 1955; "Şərəf nişanı" ordeni-9 iyun 1959; 1960; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı-1966 və. s.

Fuad Əbdürəhmanov 15 İyun 1971-ci ildə Bakıda vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗