Bağır Qasım oğlu Seyidzadə 9 avqust 1912-ci ildə İrəvanda doğulub.

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bağır Qasım oğlu Seyidzadə 9 avqust 1912-ci ildə İrəvanda doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bağır Qasım oğlu Seyidzadə 9 avqust 1912-ci ildə İrəvanda doğulub..

Bağır Qasım oğlu Seyidzadə 9 avqust 1912-ci ildə İrəvanda doğulub. Ermənilərin 1918-ci ildə törətdikləri qırğınlar səbəbindən Seyidzadələr ailəsi Tiflisə köçməyə məcbur olub və Bağır Seyidzadə burada Əncümən məktəbində təhsil alib. O, 1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləyib və fəhlə fakültəsində oxuyub, sonra Azərbaycan Sənaye İnstitutuna daxil olub.

1932–1939-cu illərdə "Gənc işçi" qəzetində işləyib, 1939–1940-cı illərdə həmin qəzetin məsul katibi və redaktoru olub. 1940–1943-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi seçilib. Moskvada birillik diplomatiya kursunu bitirdikdən sonra 1944–1949-cu illərdə Cənubi Azərbaycanın Maku və Təbriz şəhərlərindəki Sovet konsulluqlarında vitse-konsul və baş konsul vəzifələrində çalışıb. 1946-cı ildə Milli Hökumətin qurulmasında göstərdiyi fəaliyyətinə görə "21 Azər" medalı ilə təltif olunub.

Təbrizdən qayıtdıqdan sonra 1950–1952-ci illərdə Azərbaycan SSR kinematoqrafiya naziri, sonralar isə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, Azərbaycan Dövlət Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri olub. Bağır Seyidzadə sonralar Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində işləyib, ömrünün son illərində isə Azərbaycan SSR Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışıb. Rus, fransız və fars dillərini mükəmməl bilirdi 24 mart 1968-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub…

ALLAH RƏHMƏT ELƏSİN! P. S.

Bagır Seyidzadənin qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsində çalışıb.

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗