“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb (FOTO/VİDEO)

Şrift
🔊 Xəbəri dinlə — Babək
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb (FOTO/VİDEO)

Qarabağ iqtisadi rayonundakı “Qızılqaya” və Naxçıvan Muxtar
Respublikasındakı “Qarabağlar” Təlim mərkəzlərində, eləcə də Xəzər
dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim
rayonunda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminə
“Yüksək Səviyyəli Müşahidəçi Günü” başa çatdıqdan sonra yekun
vurulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin başa çatması ilə əlaqədar keçirilən bağlanış mərasimində
hərbi orkestrin müşayiəti ilə Azərbaycan, Türkiyə və Özbəkistanın
Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər 3 ölkənin iştirakçı, 9 ölkənin isə
müşahidəçi qismində qatıldığı təlimin hərbi qulluqçular arasında
təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının
yüksəldilməsinə və dostluq əlaqələrinin genişlənməsinə töhfə
verdiyini bildiriblər.

Qeyd olunub ki, çətin relyef və real döyüş şəraitinə
uyğunlaşdırılmış fəaliyyətlərin icrası zamanı hərbi qulluqçular
yüksək peşəkarlıq, taktiki savad və koordinasiyalı fəaliyyət
nümayiş etdiriblər. Təlim müddətində hərbi qulluqçular qarşıya
qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.

Çıxışlar bitdikdən sonra təlim zamanı fərqlənən hərbi
qulluqçulara hədiyyələr təqdim olunub.

Sonra təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən
təntənəli keçidi olub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin
yaradıcı heyətinin çıxışları iştirakçılar tərəfindən maraqla
izlənilib.

Əsas mənbə: Trend

Vətənim Media Shorts

YouTube-da aç ↗