Fransada liseylərdə genişmiqyaslı etirazlar – təxminən 1 800 məktəbdə dərslər pozulub

Şrift
🔊 Xəbəri dinlə — Babək
Fransada liseylərdə genişmiqyaslı etirazlar – təxminən 1 800 məktəbdə dərslər pozulub

Fransada təhsil şəraitinin yaxşılaşdırılması tələbiylə keçirilən aksiyalar nəticəsində ölkə üzrə təxminən 1 800 liseydə dərslər dayandırılıb, binaların girişləri bloklanıb və ya məktəblər bağlanıb. Hadisə barədə məlumat “Le Parisien” nəşri tərəfindən lisey şagirdlərinin həmkarlar ittifaqına istinadən verilib.

Həmkarlar ittifaqı bildirir ki, aksiyalarda iştirak səviyyəsi əvvəlki göstəricilərlə müqayisədə rekord həddə çatıb. Tələbələr təhsil infrastrukturunun və ümumi şəraitin yaxşılaşdırılmasını tələb edirlər.

Oktyabrın 5-də Lans şəhərində baş verən insidentdə 15 yaşlı bir yeniyetmə polis tərəfindən istifadə edilən qumbaranın partlaması nəticəsində əlindən və qolunun bir hissəsindən məhrum olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Fransa hökuməti müəllim çatışmazlığının aradan qaldırılması, məktəb binalarının təmiri və təhsil şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanacağını açıqlayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗