Beynəlxalq səyyahlar Ağdamda dağıntılar və bərpa işləri ilə tanış olublar

Şrift
🔊 Xəbəri dinlə — Babək
Beynəlxalq səyyahlar Ağdamda dağıntılar və bərpa işləri ilə tanış olublar

Vətənim Media xəbər verir ki, Most Traveled People klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupu Ağdama səfər edib. Heyətdə 13 ölkəni təmsil edən səyahətçilər yer alıb.

Qonaqlar əvvəlcə Ağdam Cümə Məscidini ziyarət edib, məscidin tarixi, eləcə də işğaldan əvvəlki və işğal dövründəki vəziyyəti barədə məlumat alıblar. Daha sonra şəhərdə işğal zamanı yaranmış dağıntılara baxan səyyahlar Ağdamda aparılan quruculuq işləri ilə tanış olublar. Səfər çərçivəsində şəhərin digər tarixi və mədəni məkanlarının da ziyarət edilməsi nəzərdə tutulur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗