Vətənim Media xəbər verir ki, 2026-cı ilin hazırlıq planı çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrindən birində ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə növbəti təlim toplanışına start verilib. Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkil olunub.
Hərbi hissəyə qəbul edilən iştirakçılar qeydiyyata alınıb, tibbi müayinədən keçirilib və zəruri geyim və təminat vasitələri ilə təchiz ediliblər. Açılış mərasimində toplanışın məqsədi açıqlanıb: ehtiyatda olan şəxslərin hərbi bilik və hazırlığını artırmaq, praktiki bacarıqlarını inkişaf etdirmək. Daha sonra onlara Azərbaycan Ordusunun müasir silah və texnikası barədə məlumat verilib. Proqrama döyüş və özünümüdafiə üsullarının öyrədilməsi, real döyüş şəraitinə uyğun taktiki və digər nəzəri-praktiki məşğələlər daxildir.
Əsas mənbə: APA
