Vətənim Media xəbər verir ki, Rusiyanın “Rybar” Telegram kanalının yaradıcısı Mixail Zvinçuk, həyat yoldaşı Valeriya və kanalın daha üç əməkdaşı Monteneqronun Risan şəhərində saxlanılıb. Saxlanılma bu səhər baş verib.
Məlumata görə, əməliyyatı Monteneqro polisi və Milli Təhlükəsizlik Agentliyi keçirib. Addım xarici informasiya təsir əməliyyatlarında iştirak edən Telegram kanallarının hibrid fəaliyyətinin qarşısının alınması ilə əlaqələndirilir. Bu məlumat yerli “Vijesti” qəzetində dərc olunub.
“Rybar” kanalı və onun təsisçisi Zvinçuk Azərbaycana qarşı informasiya kampaniyalarının müəllifləri sırasında göstərilir. Mənbə materialında onun kanalında, eləcə də “Tsarqrad” kanalında Azərbaycan əleyhinə çoxsaylı yazıların yayımlandığı qeyd edilir.
Əsas mənbə: APA
