Vətənim Media xəbər verir ki, Sudanda “Çevik Dəstək Qüvvələri”nin (RSF) xüsusi təyinatlı bölməsinin komandiri, polkovnik-leytenant Məhəmməd Əzraq əl-Fəncəri təxminən 300 hərbçi və 30 döyüş maşını ilə hökumət ordusuna qoşulduğunu açıqlayıb.
Əl-Fəncəri videomüraciətində müharibənin ölkəni dağıtdığını deyərək RSF sıralarında xidmətini davam etdirməyəcəyini bildirib. O, yaxınlarını itirən və evlərini tərk etmək məcburiyyətində qalan sudanlı ailələrdən üzr istəyib, digər döyüşçüləri də orduya qoşulmağa çağırıb. RSF rəhbərliyi komandirin tərəf dəyişməsi ilə bağlı məlumatı hələ təsdiqləməyib.
Əsas mənbə: APA
