Azərbaycan pambığının ixrac gəliri səkkiz ayda 23,3% artıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycan pambığının ixrac gəliri səkkiz ayda 23,3% artıb

Vətənim Media xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici bazarlara 187 milyon 931,17 min ABŞ dolları dəyərində pambıq ixrac edib. Məbləğ ötən ilin eyni dövrünün göstəricisindən 23,3% çoxdur.

Hesabat dövründə pambıq idxalına 7 milyon 143,15 min dollar xərclənib. Bu, ötən ilin müvafiq səkkiz ayı ilə müqayisədə 13,9% artım deməkdir. İxrac olunan pambığın dəyəri ölkənin ümumi ixracının 0,86%-ni, idxalın dəyəri isə ümumi idxalın 0,06%-ni təşkil edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗