Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev və Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar. Layihənin icraçı direktoru Ruslan Sadıxov qonağa ərazidə yaradılan şərait və görülən işlər barədə məlumat verib.
Bildirilib ki, vaxtilə “Qara şəhər” adlanan ərazi 150 ildən artıq neft sənayesi tullantıları ilə çirklənib, burada çoxsaylı neft gölməçələri olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə həmin ərazidə ekoloji layihə həyata keçirilib və müasir yaşayış massivi yaradılıb. “Bakı Ağ Şəhər”in icrasına 2011-ci il dekabrın 24-də İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə başlanıb. Layihə dayanıqlı və ekoloji təmiz şəhərsalma, eləcə də “ağıllı şəhər” prinsipləri əsasında hazırlanıb; ərazidə geniş küçələr, yaşıllıq sahələri və müasir şəhərsalma həlləri tətbiq olunub.
Əsas mənbə: APA
