İran sərhədlərində 50-dən çox döyüş və dəstək bölməsi yerləşdirib

Şrift
🔊 Xəbəri dinlə — Babək
İran sərhədlərində 50-dən çox döyüş və dəstək bölməsi yerləşdirib

Vətənim Media xəbər verir ki, İran Ordusunun Quru Qoşunlarının komandanı, briqada generalı Əli Cahanşahi müharibə başlayandan sonra ölkə sərhədlərində 50-dən çox döyüş və dəstək bölməsinin yerləşdirildiyini bildirib.

Onun sözlərinə görə, bölmələrə mobil və çevik reaksiya qüvvələri, zirehli və mexanikləşdirilmiş briqadalar, həmçinin artilleriya, mühəndis, raket və pilotsuz uçuş aparatları bölmələri daxildir. Yerləşdirmə ölkənin şimal-qərbindən qərb və cənub-qərb istiqamətlərinə, eləcə də şərqdən cənub-şərqə və Makran sahillərinə qədər aparılıb.

Cahanşahi İran dövlət televiziyasının xəbər portalına açıqlamasında düşmən təyyarələrinin enə və ya qüvvələrinin yerləşə biləcəyi ərazilərin, o cümlədən istifadəsiz hava limanlarının müəyyənləşdirildiyini deyib. Həmin məntəqələrə qarşı tədbir görmək üçün zəruri bölmələrin əvvəlcədən nəzərdə tutulduğunu qeyd edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗