ABŞ və İsrailin İrana mümkün zərbələri seçkilərdən əvvəl müzakirə olunur

Şrift
🔊 Xəbəri dinlə — Babək
ABŞ və İsrailin İrana mümkün zərbələri seçkilərdən əvvəl müzakirə olunur

Vətənim Media xəbər verir ki, ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək ehtimalını nəzərdən keçirir. Axios-un ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, əməliyyatların oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkilərindən və noyabrın 3-də ABŞ Konqresinə aralıq seçkilərdən əvvəl başlanması variantı müzakirə olunur.

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə mümkün yeni əməliyyat barədə danışıblar. Bu müzakirə Trampın oktyabrın 8-də Konqres seçkilərinədək İrana zərbə endirilməyəcəyini bildirməsindən əvvəl baş tutub. Nəşrin mənbələri ABŞ və İsrail qüvvələrinin hazırlıq vəziyyətində qaldığını, nəzərdən keçirilən ssenarinin İranın hərbi və nüvə obyektlərinə birgə zərbələri əhatə etdiyini bildiriblər.

Məlumata əsasən, ABŞ administrasiyasında müdafiə naziri Pit Heqset və Mərkəzi Komandanlığın rəhbərliyi əməliyyatın tərəfdarları sırasındadır. Trampın müşavirlərinin əksəriyyəti isə Tehrana iqtisadi və digər vasitələrlə təzyiqin davam etdirilməsini dəstəkləyir. Tramp oktyabrın 13-də İranla bağlı növbəti addımlar barədə yaxın vaxtlarda qərar verəcəyini söyləyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗