Tupak Şakurun qətlini təşkil edən Dueyn Devisə ömürlük həbs cəzası verildi

Şrift
🔊 Xəbəri dinlə — Babək
Tupak Şakurun qətlini təşkil edən Dueyn Devisə ömürlük həbs cəzası verildi

Vətənim Media xəbər verir ki, ABŞ-da reper Tupak Şakurun qətlini təşkil etməkdə təqsirli bilinən 63 yaşlı Dueyn Devis ömürlük həbsə məhkum edilib. Hakim Karli Kirninin oktyabrın 13-də çıxardığı hökmə əsasən, Devis 40 il həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılması üçün müraciət edə bilər. Bu, onun azadlığa çıxacağına zəmanət vermir. Həbsdə keçirdiyi 731 gün cəza müddətinə hesablanacaq.

Andlılar məhkəməsi avqustun 31-də Devisi birinci dərəcəli qətldə təqsirli bilib. İttiham tərəfi onun qardaşı oğlu Orlando Andersonla Tupakın ətrafındakı şəxslər arasında Las-Veqasdakı MGM Grand hotelində baş verən davanın qisasını almaq üçün hücumu təşkil etdiyini bildirib. Prokurorluq Devisin atəş açdığını iddia etməyib. Tupak musiqi prodüseri Merion Naytla avtomobildə olarkən güllələnib və altı gün sonra, 25 yaşında ölüb. Təxminən 30 il açılmamış qalan iş üzrə Devisin müsahibələrdə, sənədli filmlərdə və podkastlarda səsləndirdiyi fikirlər istintaqda mühüm rol oynayıb. O, qətllə bağlı rəsmi ittiham irəli sürülən yeganə şəxsdir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗