Vətənim Media xəbər verir ki, “Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada hesab 49-cu dəqiqədə Kahim Parris tərəfindən açılıb.
Coy-Lens Mikels 88-ci dəqiqədə fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib. Bu qələbə “Sabah”a liqa mərhələsində ilk üç xalı qazandırıb. Azərbaycan klubu ilk turda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzmuş, “Slaviya” isə “Lans”a 2:3 hesabı ilə məğlub olmuşdu.
Əsas mənbə: APA
