Bakıda iki ərazidə yollarda hərəkət qismən və tam məhdudlaşdırılacaq

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bakıda iki ərazidə yollarda hərəkət qismən və tam məhdudlaşdırılacaq

Vətənim Media xəbər verir ki, təmir işlərinə görə Suraxanı və Binəqədi rayonlarında bəzi küçə və yol hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Suraxanının Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissədə oktyabrın 14-ü saat 08:00-dan hərəkət qismən məhdudlaşdırılacaq. Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişmələri arasındakı hissədə isə oktyabrın 15-i saat 08:00-dan qismən, oktyabrın 16-sı saat 23:00-dan tam məhdudiyyət qüvvəyə minəcək. Sürücülərə sıxlığın qarşısını almaq üçün alternativ marşrutlardan istifadə etmələri və yolda diqqətli olmaları tövsiyə olunur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗