Vətənim Media xəbər verir ki, Şirvanda taxtdan yıxılaraq ağır xəsarət alan bir yaşlı uşaq Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzində vəfat edib. 2025-ci il təvəllüdlü körpə hadisədən sonra ağır kəllə-beyin travması alıb.
Uşaq kəllə sümüyünün deformasiyası diaqnozu ilə əvvəlcə Şirvan xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan Bakıya təxliyə edilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Əsas mənbə: APA
