Vətənim Media xəbər verir ki, Bakıda “Azərbaycanın rəqabət siyasətinin yeni mərhələsi” mövzusunda III Milli Rəqabət Forumu keçirilir. Tədbir rəqabət siyasətinin inkişafı, iqtisadi tənzimləmə və dövlət-özəl sektor əməkdaşlığı məsələlərinə həsr olunub.
Forumda rəqabət siyasətinə elmi-analitik yanaşma, təbii inhisar sahələrinin tənzimlənməsi və infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının imkanları müzakirə edilir. İştirakçılar, həmçinin müstəqil tənzimləyici qurumlarla əməkdaşlıq istiqamətlərini nəzərdən keçirirlər. Tədbirə dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçılar və ekspertlər qatılıblar.
Əsas mənbə: APA
