Vətənim Media xəbər verir ki, oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarının müəyyən ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq. Transformator məntəqələrində təmir, yoxlama və sınaq işləri aparılacağı bildirilir.
Yasamalda Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək işıq olmayacaq. Binəqədinin 9-cu mikrorayonunda, Mir Cəlal küçəsinin bəzi hissələrində isə fasilənin saat 09:00-dan 14:00-dək davam edəcəyi gözlənilir. İşlər yekunlaşdıqdan sonra ərazilərin elektrik təchizatının keyfiyyətinin və dayanıqlığının artırılması nəzərdə tutulur.
Əsas mənbə: APA
